08:03 14 Dekabr 2017
Canlı yayım
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Azərbaycanda hasilatda şəffaflığı təmin edən icraçı qurum dəyişdi

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
İQTİSADİYYAT
Qısa URL
18 0 0

İlham Əliyev bu gün “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb

BAKI, 13 oktyabr — Sputnik. Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planında hasilat sənayesində şəffaflığın təmin edilməsi ilə bağlı tədbirlərin icrasına məsul olan qurum dəyişib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı bu gün “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan prezidenti tərəfindən 27 aprel 2016-cı il tarixli sərəncam təsdiqlənmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nında Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun fəaliyyətinin dəstəklənməsi, əməkdaşlığın davam etdirilməsi və təlimlərin keçirilməsi ilə bağlı məsul icraçı qurum olaraq Dövlət Neft Fondu müəyyənləşdirilmişdi. Dəyişikliyə əsasən isə 2017-2018-ci illərdə beynəlxalq prinsiplərə uyğun olaraq, hasilat sənayesində şəffaflığın təmin edilməsi məqsədilə tədbirlər görülməsi, qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və müstəqil ekspertlərlə əməkdaşlığın davam etdirilməsi ilə bağlı tədbirlərin icrasına məsul qurum Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya olacaq.

Qeyd edək ki, bu ilin mart ayında Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün Kolumbiyanın Boqota şəhərində keçirilən kollegiya iclasında Azərbaycanla bağlı arzuedilməz qərar qəbul edilib və bundan sonra  qərara etiraz olaraq Azərbaycan qurumdan çıxması barədə bəyanat verib. Aprelin 5-də Azərbaycan prezidenti “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən Azərbaycan Respublikasının hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb.

Komissiyanın sədri Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsumovdur. 

Əlaqədar

"TÜPRAŞ"ın neft emalı zavodunda partlayış olub, ölənlər var
Şaban: “Neft-qaz sektoru Azərbaycan sənayesinin lokomotividir”
Azərbaycanda neft erasının yeni mərhələsi və dünya neft bazarındakı vəziyyət
Bakıda yeni neft sazişi imzalanır
Neft qiymətlərindən gözlənilməz yüksəliş
Teqlər:
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya, Dövlət Neft Fondu, Azərbaycan prezidenti İlham Əliyev, Şahmar Mövsumov, Kolumbiya, Boqota

Əsas mövzular