22:09 12 Dekabr 2017
Canlı yayım
Rövnəq Abdullayev

"Yeni saziş Azərbaycanın gücünü nümayiş etdirdi"

© Foto: REPORT IA
İQTİSADİYYAT
Qısa URL
13 0 0

Rövnəq Abdullayev: "Yeni "AÇG" sazişinin imzalanması Azərbaycan iqtisadiyyatının gücünü nümayiş etdirib"

BAKI, 12 oktyabr — Sputnik. "Bu il sentyabrın 14-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının işlənilməsi və pay bölgüsü ilə bağlı saziş imzalanıb. Yeni "Əsrin müqaviləsi" adlanan sazişin yeni şərtlərlə imzalanması Azərbaycanın iqtisadi qüdrətini göstərir".

Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimi keçirilib
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sputnik Azərbaycan xəbər verir ki, bu gün Bakıda işə başlayan "Argus" beynəlxalq neft sammitinin açılışında çıxışı zamanı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev belə deyib. O bildirib ki, AÇG yataqlar blokunun işlənməsi üzrə yeni sazişin imzalanması və burada Azərbaycan üçün daha əlverişli şəraitin yaradılması ölkə iqtisadiyyatının gücünü bir daha nümayiş etdirir.

"AÇG" üzrə 1994-cü ildə saziş imzalananda bu blokun ehtiyatları 510 mln. ton həcmində qiymətləndirilirdi. 1997-ci ldən, yəni 20 ildir ki, yataqlar blokundan hasilat həyata keçirilir. Buradan 550 mln. tondan artıq çıxarılmayan neft ehtiyatları olduğu da müəyyənləşib" — Abdullayev əlavə edib.

SOCAR prezidenti Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizi layihəsindən də danışaraq qeyd edib ki, layihənin bütün seqmentləri üzrə işlər qrafikə uyğun davam edir: "TANAP-la 2018-ci ildə Türkiyəyə, TAP-la 2020-ci ilin əvvəlində Avropaya Azərbaycan qazı nəql olunacaq".

Əlaqədar

Rusiya-Türkiyə arasında Qərbi narahat edən tarixi saziş imzalandı
Quliyev: “Neftin qiymətinin yüksəlməsi dövlət gəlirlərini artıracaq”
Şaban: “Neft-qaz sektoru Azərbaycan sənayesinin lokomotividir”
Teqlər:
"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku, sektor, Xəzər dənizi, SOCAR, Rövnəq Abdullayev, İlham Əliyev, Azərbaycan

Əsas mövzular