Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Sahibkarlar qarşısında geniş imkanlar açılır

© Sputnik / Ramil IbrahimovAğdamda Azərbaycanda iqtisadi islahatlar: Naliyyətlər və prespektivləri mövzusunda rejional ictimai müzakirə
Ağdamda Azərbaycanda iqtisadi islahatlar: Naliyyətlər və  prespektivləri mövzusunda rejional ictimai müzakirə - Sputnik Azərbaycan
Abunə olmaq
Cəbhə bölgəsində “Azərbaycanda iqtisadi islahatlar: Naliyyətlər və prespektivləri mövzusunda rejional ictimai müzakirə baş tutub

Ramil İbrahimov, Sputnik Azərbaycan 

BAKI, 30 sentyabr — Sputnik. Ölkədə aparılan islahat prosesinin daha geniş ictimaiyyətə çatdırılması, birbaşa dialoqların təşkil olunması, məlumatlılığın və maariflənmənin təmin edilməsi, dövlət-özəl dialoqun güclənməsinə töhfə vermək, bir sözlə cəmiyyətə düzgün mesajın çatdırılması məqsədi ilə təşkil olunan müzakirələrin ilki cəbhə xəttində yerləşən Ağdamda təşkil olunub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Ağdam rayonu ilə start götürən regional ictimai müzakirənin keçirilməsinin əsas məqsədi barədə danışıb. Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov isə çıxışı zamanı vurğulayıb ki, iqtisadi islahatlar üzrə başlıca hədəflər ölkə iqtisadiyyatının dayanaqlılğının, diversifikasiyasının və rəqabətqabiliyyətliliyinin təmin edilməsidir. Müzakirələr zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nicat Hacızadə “Regionların iqtisadi inkişafı” mövzusunda prezentasiya ilə çıxış edib. Tədbirdə həmçinin İqtisadiyyat nazirliyi, Kənd Təsərrüfatı nazirliyi, eləcə də Vergilər nazirliyinin nümayəndələri də iştirak edib.

© Sputnik / Ramil IbrahimovAğdamda Azərbaycanda iqtisadi islahatlar: Naliyyətlər və prespektivləri mövzusunda rejional ictimai müzakirə
Ağdamda Azərbaycanda iqtisadi islahatlar: Naliyyətlər və prespektivləri mövzusunda rejional ictimai müzakirə  - Sputnik Azərbaycan
Ağdamda Azərbaycanda iqtisadi islahatlar: Naliyyətlər və prespektivləri mövzusunda rejional ictimai müzakirə

İqtisadiyyat nazirliyinin sektor müdiri Fariz Əhmədov “Sahibkarlığın inkişafının dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar və əldə edilmiş nəticələr” mövzusunda çıxış edib, sahibkarları, bələdiyyə və ictimaiyyət nümayəndələrini maraqlandıran suallara cavablar verilib. Daha sonra Mərkəzin icraçı direktoru Vüsal Qasımlı media nümayəndələrinin suallarını cavablandırıb.

“Bu ilin ilk səkkiz ayı ərzində Azərbaycanın qeyri neft sektorunda ixracı doqquz yüz altmış beş milyon dollar olub. Xaricə ixrac olunan malların içərisində pomidor, polietilen, qızıl, polad, alüminium kimi məhsullar liderlik edir. Azexport portalı hazırda dünyanın 60 qədər ölkəsindən ilin ilk səkkiz ayı ərzində üç yüz on milyon dollara qədər ixrac sifarişləri alaraq Azərbaycanın sahibkarlarına təqdim edib” – deyə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru bildirib. 

O, həmçinin əlavə edib ki, Azərbaycan mallarının ixrac sifarişçiləri arasında artıq əvvəllər ənənəvi olmayan ölkələr də var.

Xəbər lenti
0