10:43 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
2371 0 0

Ekspert: "Portfelin davamlı olaraq azalması banklar üçün əlavə borc götürmə zərurətini aşağı salıb"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 sentyabr — Sputnik. Bu ilin iyun ayında Azərbaycan banklarının Mərkəzi Bankı (AMB) qarşısında öhdəliyi azalıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən, may ayı ilə müqayisədə, iyunda bankların AMB qarşısında öhdəliyi 35,9 mln. manat və ya 5,25% azalaraq 647,4 mln. manat təşkil edib. Ümumiyyətlə, ilin əvvəlindən Mərkəzi Bankın banklara qarşı tələbləri 2,6 dəfə azalıb.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında, bunun əslində təbii bir proses olduğunu deyib: "Çünki bu gün banklar kapitalın artırılması ilə bağlı zərurət hiss etmir. Çünki banklar faktiki olaraq son bir neçə ildə kredit portfelinin kiçildilməsi prosesini həyata keçirib. Təbii ki, burada risklər və s. bu kimi səbəblər öz rolunu oynayıb. Eyni zamanda, bank sektorunda müşahidə edilən çətinliklər, aktivlərin böyük bir qisminin problemli toksik hala çevrilməsi və s. öz təsirini göstərib".

Onun sözlərinə görə, bundan başqa, portfelin davamlı olaraq azalması banklar üçün əlavə borc götürmə zərurətini aşağı salıb: "Çünki bank bu vəsaitləri Mərkəzi Bankdan qısa və orta müddətli dövrdə idarə etmək və gəlir əldə etmək məqsədilə götürür. Hazırda banklar portfeli böyütmür, əksinə portfel davamlı olaraq azalır və dövriyyədən daxil olan vəsaitlər müəyyən bir həcmdə bu borc öhdəliklərinin yerinə yetirilməsinə yönəldilir. Bu borc öhdəlikləri daxilində Mərkəzi Banka olan borcların da geri qaytarılması məsələsi var".

"Eyni zamanda, Mərkəzi Bank mərkəzləşdirilmiş kreditləri müddətli təqdim edir və həmçinin bu dövr ərzində geri qaytarılma vaxtı çatmış öhdəliklərin üst-üstə düşməsi bu azalmanı şərtləndirən faktordur. Artıq son bir neçə ayda bir sıra bankların kredit təklif etdiyini müşahidə edirik" — Həsənov vurğulayıb.

"Yəni, bu proseslərin başlandığı hiss olunur. Amma bu, hələlik geniş vüsət almayıb. Bu baxımdan düşünürəm ki, hələlik növbəti aylarda da Mərkəzi Banka qarşı öhdəliklərin həcmində azalma baş verə bilər" — o, əlavə edib.

İqtisadçı-ekspert Qubad İbadoğlu isə Sputnik Azərbaycan-a açıqlamasında, bankların Mərkəzi Bank qarşısında öhdəliyinin azalmasını müsbət qiymətləndirib: "Bankların xərclərinin azalması, eyni zamanda, sərbəst, likvid vəsaitlərinin çoxalmasına xidmət edir. Nə qədər banklar maliyyə baxımından müstəqil olarsa, bir o qədər inkişaf edər".

Əlaqədar

Mərkəzi Bank Beynəlxalq Bankın lisenziyasını geri çağırıb
Banklar yeni məzənnələri açıqladı
Banklar dolları bu qiymətə satır
Ehtiyatımızı hansı valyutada saxlayaq - Mərkəzi Bank deyir ki...
Banklar problemli kreditləri silmək məcburiyyəti ilə üz-üzə
Banklar dollarla bağlı qərarlarını açıqlayıb
Mərkəzi Bank yeni məzənnəni açıqlayıb
Teqlər:
Rəşad Həsənov, Sputnik Azərbaycan, AMB, öhdəlik, iqtisadçı-ekspert, Qubad İbadoğlu, Mərkəzi Bank, valyuta, Azərbaycan, bank

Əsas mövzular