00:18 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
Manat

Manatla bağlı diqqətçəkən xəbər

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
453310

Manatda hər hansı devalvasiya prosesi baş verərsə, bu, istisnasız olaraq lokal bazardakı vəziyyətlə əlaqəli olacaq

BAKI, 30 avqust — Sputnik. Dünya iqtisadiyyatındakı qeyri-sabitlik fonunda hazırkı mərhələdə Azərbaycan manatının yenidən devalvasiyaya uğraması gözlənilmir. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Report"a açıqlamasında "Saxo Bank"ın valyuta strategiyası üzrə mütəxəssisi Con Hardi (John Hardy) manatın yeni devalvasiya dalğası ilə üzləşməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən bildirib.

Analitikin fikrincə, hazırda qlobal iqtisadi qeyri-sabitlik müşahidə olunmur: "İnkişaf etmiş ölkələrin aktivlərinə tələbat dalğalansa da, inkişaf etməkdə olan ölkələrdə biznesə maraq və bu kateqoriyadan olan ölkələrin valyutalarının möhkəmlənməsi və aktivlərinin bahalaşmasını müşahidə edirəm".

"Bu səbəbdən əgər manatda hər hansı devalvasiya prosesi baş verərsə, bu, istisnasız olaraq lokal bazardakı vəziyyətlə əlaqəli olacaq. Devalvasiyaya kapitalın ölkədə saxlanmasına inam, fiskal və siyasi vəziyyət, habelə neftin qiymətinin təsir edəcəyini düşünürəm. Belə ki, neft Azərbaycanın ixracında yüksək paya sahib olmaqla valyuta gəlirlərinin əsasını təşkil edir", — deyə C.Hardi vurğulayıb.

Əlaqədar

Manat dolları bazardan sıxışdırır
Dövlət büdcəsindən 5,8 milyon manat pul ayrıldı
İkinci uşağa görə 7 min manat veriləcək
Dollarla bağlı proqnoz: 1,6 manata düşəcək
Mərkəzi Bank manatın taleyinə aydınlıq gətirdi
Teqlər:
Saxo Bank, devalvasiya, proqnoz, manat

Əsas mövzular