10:28 17 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9649
Пересчитывание денег. Архивное фото

Dollar yığanlar: ehtiyatlı olun!

© AFP 2018 / WAKIL KOHSAR
İQTİSADİYYAT
Qısa URL
1194 0 0

“Bloomberg” terminalında dollar 0,23% dəyər itirərək 1.6953 manat səviyyəsinə düşüb

BAKI, 30 avqust — Sputnik. Avqust ayının 30-də banklararası ticarətdə dollar manat qarşısında yenidən ucuzlaşıb. Sputnik Azərbaycan “Fins.az”a istinadən xəbər verir ki, “Bloomberg” terminalında dollar 0,23% dəyər itirərək 1.6953 manat səviyyəsinə düşüb.

Qeyd edək ki, ötən gün terminal üzərində son ticarət 1.6992 manat məzənnəsi ilə yekunlaşmışdı. Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

Xatırladaq ki, Mərkəzi Bankın rəsmi məzənnəsi 1 ABŞ dolları üçün 1,7010 manat səviyyəsində müəyyən olunub.

Əlaqədar

Dollar bahalaşdı
Banklar dolları bu qiymətə satır
Dolların qiyməti açıqlandı
Manat dolları bazardan sıxışdırır
Dolların rəsmi məzənnəsi açıqlanıb
Teqlər:
"Bloomberg", Mərkəzi Bank, manat, dollar, hərrac

Əsas mövzular