06:08 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
31 0 0

2017-ci ilin 7 ayı ərzində qeyri-neft sektoru üzrə 855 milyon ABŞ dolları dəyərində mal ixrac olub

BAKI, 23 avqust — Sputnik. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın avqust ayı sayında göstərilir ki, 2017-ci ilin 7 ayı ərzində qeyri-neft sektoru üzrə 855 milyon ABŞ dolları dəyərində mal ixrac olub. Sputnik Azərbaycan xəbər verir ki, ixrac əməliyyatlarında 1333 subyekt iştirak edib.

Məlumata görə, bu ilin 7 ayı ərzində qeyr-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistanın adı var.

7 aylıq məlumatlarının təhlilindən aydın olur ki, qeyri-neft sektoru üzrə ixracda birinci yeri pomidor (tomat) (127,9 milyon ABŞ dolları), ikinci yeri qızıl (60,7 milyon ABŞ dolları), üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (54,4 milyon ABŞ dolları) tutur.

Xatırladaq ki, "İxrac İcmalı"nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir. "İxrac İcmalı"ı ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.

Əlaqədar

Yarım milyard dəyərində qızıl tapıblar, amma götürə bilmirlər
Qızılı pula dəyişməyə başlamışıq
Həbs olunan müstəntiq İlhamə Quliyevanın qızıllarını mənimsəyib?
Aeroportda qızıl əməliyyatı
Teqlər:
İxrac İcmalı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, pomidor, qeyri-neft sektoru, qızıl, dollar

Əsas mövzular