Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dollarla bağlı proqnoz: 1,6 manata düşəcək

© Sputnik / Irade JELILМанаты и доллары, фото из архива
Манаты и доллары, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dolların məzənnəsinin sabit qalmasına əsas səbəblərdən biri bu il Azərbaycanın həyata keçirdiyi enerji layihələri çərçivəsində aldığı kreditlərin daxili valyuta bazarına daxil olması ilə bağlıdır

BAKI, 11 avqust — Sputnik. Azərbaycanda ABŞ dollarının məzənnəsinin 2018-ci ildə 1,60 AZN/USD-yə qədər geriləməsi mümkündür.

"Report"un analitik qrupu xəbər verir ki, 2017-ci ilin sonuna qədər isə dolların məzənnəsi 1,70 manat səviyyəsində sabit qalacaq.

"Ənənəvi olaraq payız aylarında məktəb mövsümünün başlaması ilə əlaqədar idxal mallarında yaranan artım dollara tələbi yüksəldir. Lakin bu proses artıq iyul ayında bitib. Belə ki, idxalçılar artıq mallarını sifariş edib və valyuta köçürmələrini tamamlayıb. Payız və qış aylarında azərbaycanlı turistlərin xaricə səfərləri də kəskin azalacağından, xarici valyutaya tələb minimum həddə enəcək. Əksinə, Azərbaycanı ziyarət edən turistlərin sayında isə ciddi azalma gözlənilmir" — analitiklər qeyd ediblər. 

Доллары США - Sputnik Azərbaycan
Banklararası ticarətdə dollar bu həddədək bahalaşıb

Dolların məzənnəsinin sabit qalmasına əsas səbəblərdən biri bu il Azərbaycanın həyata keçirdiyi enerji layihələri çərçivəsində aldığı kreditlərin daxili valyuta bazarına daxil olması ilə bağlıdır. Qeyd edək ki, bu il Dünya Bankı Azərbaycana 800 mln. dollar, Asiya İnfrastruktur və İnvestisiya Bankı 600 mln. dollar, Asiya İnkişaf Bankı isə 500 mln. dollar həcmində kredit ayırıb. Bununla yanaşı, Asiya İnkişaf Bankı 2017-ci il üçün maliyyə bazarının sabitləşməsinə 500 mln. dollar kredit ayırıb. Həmçinin Asiya İnkişaf Bankının "Azərişıq" ASC-yə elektrik paylayıcı şəbəkənin yenidən qurulmasına ayırdığı 750 mln. dollar investisiyanın tranşlarla ödənilməsi, Dünya Bankının Bakı-Şamaxı avtomobil yolunun yenidən qurulmasına ayırdığı vəsait daxili valyuta bazarında valyuta bolluğunun təmin edilməsinə kömək edib. Təbii ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə köçürmələri nəticəsində də valyuta bazarında fəaliyyəti dolların məzənnəsinin sabitliyinə təsir edən əsas amillərdən biri sayılır.

"Report"un ekspertləri hesab edirlər ki, dolların məzənnəsinin sabitliyinə həmçinin xarici amillərin təsiri böyükdür. Belə ki, Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiya, Türkiyə və Çin kimi ölkələrin yerli valyutalarında sabitlik və ümumiyyətlə, dünya iqtisadiyyatında bu il müşahidə olunan müsbət tendensiya inkişaf etməkdə olan ölkələrin valyutalarına mənfi təsir etməyib.

"Gələn il Azərbaycanda dolların bir qədər də möhkəmlənməsi əsasən neft qiymətlərinin 50 dollar/barel və daha yüksək səviyyədə qalması ilə əlaqədar olacaq. Lakin qeyd etməliyik ki, 2018-ci ilin II yarısından başlayaraq dünya maliyyə bazarlarında dolların möhkəmlənməsi, neft qiymətlərinin düşməsi gözləntiləri fonunda Azərbaycanda da dolların məzənnəsi yüksələ bilər. 2019-cu ildə qlobal iqtisadiyyatda faizlərin yüksəlməsi, neft qiymətlərinin kəskin azalması ehtimallarının artması dolların məzənnəsinin yenidən artmasına gətirib çıxara bilər", — analitiklər əlavə ediblər.

Xəbər lenti
0