21:27 23 Avqust 2017
Canlı yayım
Сто долларов США

Dollar barədə şokedici proqnoz

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
5929 0 0

FED-in uçot dərəcəsini artırması üçün əsas şərt məhz inflyasiyanın sürətlənməsidir

BAKI, 10 avqust — Sputnik. Sabah ABŞ-da açıqlanması gözlənilən inflyasiya göstəricisinin gözləniləndən yüksək olması dolların məzənnəsini kəskin artıra bilər. "Report"un verdiyi xəbərə görə, "Bloomberg" agentliyi tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, son 4 ayda inflyasiyanın proqnozlardan aşağı templə artması ABŞ Federal Ehtiyat Sisteminin (FED) monetar siyasətini dəyişdirməsinə mane olur. Belə ki, FED-in uçot dərəcəsini artırması üçün əsas şərt məhz inflyasiyanın sürətlənməsidir. Faktiki isə illik inflyasiya 1,7%-dən 1,4%-ə geriləyib.

İqtisadçılar iyul ayında inflyasiyanın sürətlənməsi ehtimalını dolların ucuzlaşması, idxal qiymətlərinin artması və işçi qüvvəsinə artan tələblə izah edirlər. Buna baxmayaraq, sorğuda iştirak edən 75 respondentin 21-i inflyasiyanın 0,1% təşkil edəcəyini bildirib.

"Report"un analitik qrupu bildirir ki, əgər iyul inflyasiyası 0,2% və ya daha çox olarsa, o zaman əsas valyuta cütlüyü avro/dollar məzənnəsi 1,15 USD/EUR səviyyəsinə kimi geriləyə bilər: "Əks halda, məzənnənin 1,20 USD/EUR səviyyəsinə yaxınlaşması mümkündür".

Qeyd edək ki, hazırda bu cütlüyün məzənnəsi 1,17 USD/EUR səviyyəsindədir.

Əsas mövzular