12:22 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
1988 0 0

Bu vəsaitin 87,7 faizi Britaniya, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiyadan gəlib

BAKI, 23 iyul — Sputnik. 2017-ci ilin yanvar-iyun aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 milyard 282,7 milyon manat vəsait yönəldilib.

Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 583,1 milyon manatı (83,7 faizi) Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub.

Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 67,5 faizini tikinti, yenidənqurma və genişləndirmə, 10,5 faizini əsaslı təmir, 4,2 faizini cari təmir, 17,8 faizini isə digər tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 87,0 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Əlaqədar

İlham Əliyev: Azərbaycanda sərmayə qoyuluşu üçün yaxşı imkanlar var
ABŞ sərmayələrinin azalmasında siyasi məqam axtarmaq düzgün deyil
Azərbaycan Gürcüstana ən çox sərmayə qoyan ölkədir
Teqlər:
tikinti, vəsait, manat, Yaponiya, ABŞ, İran, İsveçrə, Malayziya, Türkiyə, Britaniya, sərmayə, Dövlət Statistika Komitəsi

Əsas mövzular