06:49 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
1547 0 0

Bu açıqlama dolların mühüm valyutalar qarşısında ucuzlaşmasına səbəb olub

BAKI, 13 iyul — Sputnik. ABŞ Mərkəzi Bankının (Fed) sədri Janet Yellen, inflyasiyanın hədəfdən (2%) aşağı qalmaqda davam etdiyi müddətdə, Fed-in pul siyasətini sərtləşdirməyə, o cümlədən faizləri artırmağa tələsməyəcəyinə işarə edib.

Sputnik Azərbaycan "Marja"ya istinadən xəbər verir ki, ilk öncə bu açıqlama dolların mühüm valyutalar qarşısında ucuzlaşmasına səbəb olub. Bir qədər sonra, Yellenin yaxın zamanda Fed-in balansını azaltmağa başlayacağını bəyan etməsilə dollar itirdiyi dəyərinin bir hissəsini geri alıb. Fed-in balansını azaltmağa başlaması, dövriyyədəki dollar kütləsinin bir hissəsinin geri yığılacağı deməkdir.

Fed sədri Janet Yellen ABŞ Nümayəndələr Palatasında çıxış edib. O, iqtisadiyyatın gələcək bir neçə il ərzində inkişaf etməkdə davam edəcəyini, istehlak  xərclərinin, investisiyaların artdığını və ABŞ məhsullarına qlobal tələbatın gücləndiyini deyib. Yellen, bunların da bankın mərhələli faiz artırmasına imkan verəcəyini qeyd edib.

Yellen təqdimatında faizlərin artırılacağı tarixlərə dair açıqlama verməyib, "Gələcək bir neçə ildə əlavə mərhələli faiz artımlarına ehtiyac var" ifadələrini istifadə edib.

İşçi qüvvəsi bazarının yanvar-iyun dövründə aylıq orta hesabla 180 minlik məşğulluq artımı ilə güclənməyə davam etdiyini qeyd edən Yellen, işsizlik nisbətinin isə 4,4%-ə gerilədiyini və məşğulluq bazarının gücünün artığını vurğulayıb.

Janet Yellen Fed-in inflyasiyanı izlədiyi qeyd edib. İnflyasiyanın iqtisadiyyata reaksiyasının qeyri-müəyyən olduğunu, maliyyə siyasətinin də digər bir qeyri-müəyyənlik mənbəyi olduğunu vurğulayıb. Fed sədri, 2%-lik inflyasiya hədəfinin tavan olmadığını, simmetrik bir hədəf olduğunu deyib. İnflyasiya ötən 5 ildə böyük nisbətdə 2%-lik hədəfdən aşağı qalıb.

Fed-in balansını azaltmaq planının böyük ehtimalla bu il tətbiq olunacağını bildirən Yellen, "balansın aktiv siyasət vasitəsi olmasını gözləmirik" ifadəsinə yer verib. Məruzədə qlobal iqtisadiyyatdakı sürətlənmənin ABŞ-ın ixracını dəstəkləyəcəyi bildirilib.

Fed aşağı inflyasiyaya baxmayaraq bu ilin mart və iyun aylarında faizlərini 2 dəfə artırmışdır. Təqdimatın ardından sualları cavablandıran Yellen Fedin inflyasiya hədəflinə çatmağa fokuslandığını bildirib və 2 faiz inflyasiyaya yaxınlaşıldığını söyləməyin hələ tez olduğunu deyib. Sədr inflyasiya hədəfini yüksəltməyin Fed-in müzakirə mövzusu olmadığını bildirib.

Yellen, məşğulluğun artmasının maaşların artmasına səbəb olacağını və qiymətləri yuxarı qaldıracağını (inflyasiyanı artıracağını) deyib.

Yellen balansın azaldılmasına dair,  "Mənə görə nisbi yaxın bir zamanda başlaya bilər. Əgər iqtisadiyyat gözləntilər istiqamətində getsə, proses yaxında başlaya bilər" şəklində cavab verib.

Əlaqədar

FED uçot dərəcəsini artırıb
FED uçot dərəcəsini artıracaq
FED-in martda uçot dərəcəsini qaldırma ehtimalı yüksəlir
FED-də “Tramp” zəlzələsi
FED 4 dəfə faiz artımına gedəcək
Teqlər:
ABŞ Nümayəndələr Palatası, Janet Yellen, işsizlik, faiz, FED, inflyasiya, dollar

Əsas mövzular