Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İlham Əliyevdən neft barədə vacib açıqlama

© Official website of President of Azerbaijan Republicİlham Əliyev 22-ci Dünya Neft Konqresində prezidentlərin tədbirində iştirak edib
İlham Əliyev 22-ci Dünya Neft Konqresində prezidentlərin tədbirində iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
Bunu Prezident İlham Əliyev İstanbulda keçirilən XXII Dünya Neft Konqresindəki çıxışında deyib

BAKI, 10 iyul — Sputnik. "Adətən neftlə zəngin olmayan ölkələrdə düşünürlər ki, kaş ki, bizdə də neft olaydı, biz də bundan istifadə edəydik. Ancaq neft həm fayda, həm də problem gətirə bilər, başağrısı verə bilər".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən XXII Dünya Neft Konqresindəki çıxışında deyib.

"Baxır bu neftdən necə istifadə edirsən. Biz həmişə çalışırıq ki, neftdən gələn gəlirləri insan kapitalına çevirək, bu pullardan şəffaf istifadə edək. Azərbaycanın Neft Fondu dünyadakı neft fondları arasında ən şəffaflardan biridir və BMT-nin mükafatına layiq görülüb. Yəni, birinci şərt tam şəffaflıqdır. Neft Fonduna yığılan vəsaitlər barədə ictimaiyyətə ətraflı məlumat verilir" — dövlət başçısı əlavə edib.

Xəbər lenti
0