Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nüfuzlu qurumdan banklara dəstək

Abunə olmaq
FED: ABŞ bankları ağır iqtisadi böhran şəraitində belə kredit vermək iqtidarındadır

BAKI, 23 iyun — Sputnik. ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) açıqladığı stress-testlərin nəticələrinə görə ən böyük 34 ABŞ bankı ağır iqtisadi böhran şəraitində belə kredit verməyə davam edə biləcək sərmayə meyarlarına sahibdir.

Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, ABŞ-da maliyyə sisteminin sağlamlığını ölçmək məqsədi ilə FED tərəfindən 2010-cu ildən bəri hər il qiymətləndirmə həyata keçirilir və bunun ilk mərhələsinə dair nəticələr açıqlanıb.

FED-in 2007-2009-ci illərdə yaşanan böhrandan yola çıxaraq müəyyən etdiyi nəzəri ağır böhran şərtləri, işsizlik nisbətinin 10 faizə çatdığı, bazarların böyük dalğalanma yaşadığı, mənzil qiymətlərinin 25 faiz və birjanın 60 faiz dəyər itirdiyi bir ssenarini nəzərdə tutur. Belə bir böhran şəraitində ölkədəki ən böyük 34 bankın ümumi itkisinin 383 milyard dollara qədər çıxa biləcəyi bildirilib. Bu banklar stress-testlərdən keçərək bu itkilərə qarşı daha hazırlıqlı olduqlarını göstərib.

FED-in illik qiymətləndirməsinin ikinci mərhələsinin nəticələri 28 iyunda açıqlanacaq.

Xəbər lenti
0