15:54 10 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
289 0 0

Bölgə ona böyük ümidlər bəsləyir

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 23 iyun — Sputnik. Kənd təsərrüfatının gəlirli sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi üçün şimal-qərb bölgəsində geniş imkanlar var. Bunun üçün əlverişli iqlim və münbit torpaqlara malik olan Qəbələ rayonunda, bu sahənin inkişafına xüsusi nəzarət yetirilir.

May ayının sonunda rayonun Əmili, Ziring və Kürd kəndlərinin sakinlərinin köməyi ilə sahibkarın təsərrüfatında tütün əkini yekunlaşıb. Amerikadan gətirilmiş, yüksək məhsuldarlıq potensialı olan tütün növü istilikxanalardan yığılaraq sahələrə əkilib.

Tütün sahəsi
Tütün sahəsi

Bir vaxtlar Qəbələ rayonunun bir çox kəndlərində əksər əhalinin gəlir mənbəyi, məhz tütünçülük olub. Bir müddət bu sahəyə marağın azalması tütünçülüyün tənəzzülə uğraması ilə nəticələnsə də, son zamanlarda yenidən tütün əkilməsi maraq yaranıb.

2004-cü ildə Zaqatalada fəaliyyətə başlayan tütün emalı müəssisəsi bölgədə bu sahənin inkişafına müəyyən qədər təkan verdi. Bütün bunlara baxmayaraq, alıcı çatışmazlığı bu sahədə durğunluq yaranmasına səbəb olub. Amma son zamanlarda dövlət tərəfindən atılan addımlar tütünçülüyün yenidən dirçəldilməsinə şərait yaradıb.

Sovet dövründə Qəbələdə tütün sahəsində məhsuldarlıq hektara 7-11 ton təşkil edib. Hazırda bu sahənin inkişafı prioritet olaraq qarşıya qoyulub. Qəbələdə, ümumilikdə bu il 60 ha ərazidə tütün əkilib ki, bu da hər hektar 5-6 ton quru tütün deməkdir. Hazırda bölgə əhalisi bu sahədən xeyli qazanc əldə olunacağı ümidi ilə yaşayır.

Əlaqədar

Tütün məhsulları ilə bağlı növbəti qadağa və cərimələr gəlir
Tütün qadağasına kim nəzarət edəcək?
Azərbaycanda tütün məmulatlarının təsviri qadağan ediləcək
"Azərbaycanda keyfiyyətsiz tütün məhsulları - məişət narkomaniyasına yol"
Tütün məhsulları yenidən bahalaşdı
Ekspert: Prezident əhalinin tütün və alkoqol həssaslığını nəzərə aldı
Teqlər:
tütün əkini, Qəbələ rayonu, sahə, şimal-qərb bölgəsi, kənd, tütünçülük, kənd təsərrüfatı

Əsas mövzular