17:56 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
370 0 0

Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividentlər üzrə daxilolmalarda proqnoza qarşı 11,7% və ya ən aşağı icra səviyyəsi müşahidə olunub

BAKI, 31 may — Sputnik. Mayın 31-də Milli Məclisin plenar iclasında 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirə edilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycanda büdcə gəlirləri azaldığı şəraitdə müdafiə xərcləri artır. Müdafiə xərclərin dinamikasında stabillik saxlanılıb.

Komitə sədri deyib ki, Azərbaycanın xarici dövlət borcu ÜDM-in 20,4%-ni təşkil edir: "Azərbaycanın xarici borcunun qaytarılmasına görə heç bir dövlət qarşısında problemi yoxdur. Azərbaycan ödəniş vaxtı çatmış kreditlərin qaytarılmasını nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirib. Bu isə qarşılıqlı münasibətlərin qorunması üçün mühüm əhəmiyyət daşıyır".

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, ötən il 117 dövlət qurumundan hesabatlar alınıb və 10,5 milyard manatlıq vəsaitin icra vəziyyəti təhlil edilib: "2016-cı ildə dövlət büdcəsinin gəlirləri 104,1% icra edilib, 2015-ci illə müqayisədə ümumilikdə qlobal makroiqtisadi tərəddüdlər fonunda büdcə gəlirlərində azalmanın olmaması, hətta az da olsa artım müşahidə edilməsi aparılan islahatların təzahürü kimi qiymətləndirilməlidir".

"Hesabat ilində büdcə-vergi siyasəti çərçivəsində müəyyən edilmiş hədəflər əsasən yerinə yetirilsə də, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividentlər üzrə daxilolmalarda proqnoza qarşı 11,7% və ya ən aşağı icra səviyyəsi müşahidə olunub, dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxilolma əmsalının artırılması ilə bağlı hədəf tam yerinə yetirilməyib. Belə ki, bu istiqamət üzrə daxilolmaların həcmi 2015-ci illə müqayisədə 22,5% az olub" — deyə V. Gülməmmədov vurğulayıb.

O, bir sıra tədiyyə növləri üzrə icra səviyyəsinin müvafiq makrogöstəricilərlə uzlaşmadığını, tədiyyə növləri üzrə icra göstəricilərinin fərqlənməsinə əsasən, proqnozların əsaslılıq səviyyəsi, inzibatçılıq və hesabatlılıq amillərinin təsir göstərdiyini də qeyd edib: "2016-cı ilin sonuna Vergilər Nazirliyinin xətti ilə vergi və digər icbari ödənişlər üzrə dövlət büdcəsinə yaranan artıq ödəmə məbləği 2015-ci illə müqayisədə 18,2% artıb. Ümumi artıqödəmə məbləğinin dövlət büdcəsinə təmin edilən gəlirlərə qarşı xüsusi çəkisi də 2015-ci ilə nisbətən 5,8 faiz bəndi artıb".

"Dövlət büdcəsinə olan borcların həcmi isə 2016-cı il ərzində bütün əsas parametrlər üzrə azalaraq ilin sonuna ümumilikdə 1,4 milyard manat təşkil edib və azalmanın 55,6%-i verginin əsas məbləği, 39,7%-i faiz borcları və 4,7%-i isə maliyyə sanksiyaları ilə bağlı olub" — Palata sədri qeyd edib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Əlaqədar

Büdcə vəsaitlərindən istifadə zamanı qanun pozuntularına yol verilib
Yol polisi dövlət büdcəsinə 85 milyon manat gətirib
Neft Fondunun gələn il büdcəsi təsdiqlənib
Gələn ilin büdcəsi təsdiq olundu
Dövlət büdcəsi təsdiq olundu
Teqlər:
icra, qanun layihəsi, Vüqar Gülməmmədov, dövlət büdcəsi, Ziyad Səmədzadə, Milli Məclis

Əsas mövzular