16:14 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
33630

Ekspert: "Zeytun yağının idxalından imtina etmək düzgün deyil"

BAKI, 31 may — Sputnik. "Son illərdə 4 min hektardan çox ərazi tam yaşıllaşdırılıb. Əkilən ağacların 2 min hektardan çoxu zeytun ağaclarıdır".

Bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. O bildirib ki, zeytun bağlarını 5 min hektara çatdırmağı nəzərdə tuturlar: "Bu o deməkdir ki, Azərbaycana artıq xaricdən zeytun yağı, yaxud zeytun məhsulları gətirilməyəcək. Düşünürük ki, zeytun məhsullarını özümüz ixrac edəcəyik. Yaxın 4-5 ildə biz bu işin öhdəsindən gələcəyik".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı
Qadir Bayramlının şəxsi arxivindən
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı məsələ ilə əlaqədar Sputnik Azərbaycan-a açıqlamasında, dünyada olan zeytun ağaclarının təxminən 97 faizinin Aralıq dənizi bölgəsində yerləşdiyini və zeytunçuluğun ən çox burada inkişaf etdiyini deyib: "Ən böyük istehsalçılar yenə həmin bölgədə yerləşir. Amma dünyadakı toplam istehsal 11-12 milyon ton təşkil edir. Burada öndə gələn ölkələr İspaniya, İtaliya, Türkiyə, Tunis və sairdir Bu ölkələr həm zeytun ağaclarının sayına görə, həm də zeytun məhsullarının, o cümlədən zeytun yağının istehsalına görə liderdir".

"İstehlakda zeytun yağı yetişdirən ölkələr öndə gəlir. Məsələn, Yunanıstanda ildə adambaşına ortalama 25 litr, İspaniyada 15 litr, Türkiyədə 1 litr yağ istehlak olunur. Ortalama sağlam insan üçün ildə ən azı 10-15 litr arası istehlak olunarsa, çox böyük faydası olur. Yağ istehsalı üçün önəmli bitki sayılır və zeytunun təxminən dörddə biri yağdır" — ekspert bildirib.

Onun sözlərinə görə, SSRİ-i dövründə Azərbaycanda 3 min hektar civarında zeytun bağları olub və bunun da çox böyük hissəsi Hövsanda, Zığda, ümumiyyətlə, Abşeron yarımadasında yerləşib: "Zeytun subtropik bitkidir və Abşeron yarımadasından başqa, Kür-Araz ovalığında və başqa bölgələrdə (Xaçmaz, Cənub bölgəsi) yetişdirilməsi mümkündür. Çünki iqlimə dayanıqlıdır və uzunömürlüdür. Bu cəhətdən bir sıra üstünlükləri var. Bu, Azərbaycanın kənd təsərrüfatının tarazlı inkişafında müəyyən rol oynaya bilər".

Ekspert bildirib ki, zeytunçuluq ərzaq təhlükəsizliyinin təmin edilməsində rol oyana, yeni iş yerlərinin açılmasına töhfə verə bilər: "Bu, əvvəllər istifadə edilməyən torpaqların kənd təsərrüfatına cəlb edilməsinə, ekologiyanın sağlamlaşdırılmasına kömək edə, ölkəmiz üçün yeni ixracat imkanları aça bilər".

UNEC dosentinin fikrincə, Azərbaycanda zeytun təsərrüfatlarının 5 min hektara çatdırılması üçün bir sıra məsələlərə diqqət edilməsində fayda var: "Bəzi torpaqların zeytun bağlarına çevrilməsi üçün meliorativ tədbirlərin aparılması lazım olacaq. Bağların suvarılması üçün su mənbələri təmin edilməlidir. Buğda, pambıq kimi bitkilərin yetişdirilməsi üçün verilən yardımlar zeytunçular üçün də nəzərdə tutulmalıdır. Zeytunu emal edəcək müxtəlif müəssisələr olmalıdır".

Müslüm İbrahimov
© Photo : UNEC
Müslüm İbrahimov

"Elə etməliyik ki, fermerlər gələcəkdə yetişdirilən zeytunu rahat sata bilsinlər və əllərində qalmasın. Lazım olsa, həmin bağlar üçün kimyəvi preparatlar təmin edilməlidir. Zeytun bitkisi ilə bağlı elmi-tədqiqat işləri genişlənməlidir" — Q. Bayramlı vurğulayıb.

UNEC-in digər dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ümumiyyətlə, zeytun yağının idxalından imtina etmək düzgün deyil: "Ona görə ki, zeytun yağı aldığımız ənənəvi tərəfdaşlarımız var və birbaşa bundan imtina etmək düzgün deyil. Alıcı həm bizim məhsul, həm də digər ölkənin məhsulu arasında seçim aparacaq. Ona görə də, idxalı kəskin formada aşağı salmaq olmaz. Dünya bazarında rəqabət aparmaq lazımdır. İdxaldan ümumiyyətlə imtina etmək düzgün deyil".

Onun sözlərinə görə, Azərbaycan MDB ölkələri arasında zeytunçuluqla bağlı müsbət yerini saxlayır: "Biz ənənəvi bazarlarda rəqabəti daha da artırmalıyıq. Məsələn, Rusiyanın, Qazaxıstanın, Belarusun bazarında rəqabət apara bilərik".

İqtisadçının fikrincə, zeytunçuluqda kəmiyyət deyil, daha çox keyfiyyət amilləri var: "Yəni, kəmiyyəti artırmaqla o demək deyil ki, biz idxalı əvəz edəcəyik. Burada yeni istehsal metodlarından istifadə etməliyik ki, məhsullarımız daha da keyfiyyətli olsun".

O söyləyib ki, zeytun ağacları torpaqların eroziyasının qarşısının alınmasında böyük rol oynayır və ekoloji vəziyyəti daha da yaxşılaşdırır.

Əlaqədar

221 ədəd zeytun ağacı vacibdir, yoxsa TAP?
Qatıqla zeytun yağı nəyə qadirdirlər?
Lavrov: Türkiyəyə nə zeytun budağı, nə də başqa budaq uzatmayacağıq
Teqlər:
istehsalçı, dosent, zeytun ağacı, Müslüm İbrahimov, hektar, ərazi, istehlak, ekologiya, Sputnik Azərbaycan, Hüseyn Bağırov, Qadir Bayramlı, UNEC, Azərbaycan

Əsas mövzular