16:37 07 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
Milli Məclis

“2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə edilib

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
34 0 0

Parlamentdə “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə edilib

BAKI, 25 may — Sputnik. Mayın 25-də Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin iclasında  “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə edilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, komitə sədri Ziyad Səmədzadə deyib ki, qlobal dünyada risklər, dövlətlər arasında ziddiyyətlər, toquşmalar artır.

Amma bütövlükdə Azərbaycan stabillik nümayiş etdirir, iqtisadiyyatımızın inkişafı davam edir. O, deyib ki, 2016-cı ilin dövlət büdcəsini müzakirə edirik və sənəd vaxtında parlamentə daxil edilib.

Maliyyə nazirinin müavini Azər Bayramov çıxış edərək deyib ki, büdcə gəlirlərinin artıqlaması ilə yerinə yetirilməsi hesabına 1 yanvar 2017-ci il tarixinə 2 307 mln. manat həcmində sərbəst xəzinə qalığı yaranıb. Qeyri-neft sektorundan daxilolmaların büdcə gəlirlərində payı 47,3%-ə çatıb. Bu da 2015-ci illə müqayisədə 5,7 faiz bəndi çoxdur.

Hazırda gedən prosesləri nəzərə alaraq Azərbaycan iqtisadiyyatının artım tempinin müsbətə doğru artacağını proqnozlaşdıra bilərik. Müsbət dəyişikliklər ölkədə həyata keçirilən islahatların, eləcə də qonşu ölkələrdə vəziyyətin yaxşılaşması fonunda proqnozlaşdırılır.

"2016-cı ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirələrdən sonra mayın 31-də keçiriləcək plenar iclasa tövsiyə olunub.

Əlaqədar

Büdcə vəsaitlərindən istifadə zamanı qanun pozuntularına yol verilib
Neft Fondunun gələn il büdcəsi təsdiqlənib
Yol polisi dövlət büdcəsinə 85 milyon manat gətirib
Gələn ilin büdcəsi təsdiq olundu
Dövlət büdcəsi təsdiq olundu
Teqlər:
komitə, Milli Məclis, büdcə, Azərbaycan, müzakirə

Əsas mövzular