19:55 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
ABŞ dolları

Hərrac öncəsi bazarda dollar müəmması

© Sputnik / Maxim Bogodvid
İQTİSADİYYAT
Qısa URL
1142 0 0

Qeyd edək ki, dünən banklarda dolların alışı 1.6730 manatadək, satışı isə 1.68 manatadək düşmüşdü

BAKI, 2 may — Sputnik. Hərrac öncəsi dolların qiymətinin həm banklarda, həm də "qara bazar"da qalxması müşahidə olunur.

Sputnik Azərbaycan-ın Marja-ya istinadən məlumatına görə, dünən günorta saatılarında banklarda dolların ən aşağı satış qiyməti 1.68 manatdan 1.6750 manata düşsə də, axşama yaxın yenidən 1.68 manata qalxdı. Bu gün səhər də (saat 10:00) dolların ən aşağı satış qiyməti 1.68 manatdır.

Bu gün bəzi banklarda dolların alış və satış qiymətinin dəyişdiyi müşahidə olunur. Bank of Baku alışı 1.66 manatdan 1.65 manata, satışı isə 1.7030 manatdan 1.69 manata,  Bank Avrasiya alışı 1.6680 manatdan 1.66 manata endirib. Yapı Kredi Bank Azərbaycan isə dolların alış qiymətini 1.65 manatdan 1.6720 manata qaldırıb., satışı isə 1.71 manatdan 1.7050 manata endirib. PAŞA Bank dolların alış qiymətini 1.66 manatdan 1.6550 manata, satışı isə 1.7090 manatdan 1.7060 manata endirib. NBC Bank dolların satış qiymətini 1.70 manatdan 1.69 manata salıb. GünayBank alışı 1.67 manatdan 1.6720 manata, satışı isə 1.68 manatdan 1.6850 manata qaldırıb. AmrahBank alışı 1.6650 manatdan 1.67 manata, satışı isə 1.68 manatdan 1.6850 manata qaldırıb.

Qeyd edək ki, dünən banklarda dolların alışı 1.6730 manatadək, satışı isə 1.68 manatadək düşmüşdü.

Fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dolların alışı 1.6650 manata, satışı isə 1.6750 manata kimi yüksəlib.  Qeyd edək ki, ötən gün "qara bazar"da ABŞ valyutası 1.6600 manata alınıb, 1.6700 manata satılırdı.

Əlaqədar

Dolların sabaha olan məzənnəsi açıqlandı
Dollara qarşı nəhəng anlaşma
Dollar həftəyə təzadlarla başladı
Dolların məzənnəsi açıqlandı
Dollar alqı-satqısına məhdudiyyətlə bağlı radikal qərar
Dolların sabaha olan qiyməti bilindi
Teqlər:
bank, hərrac, manat, dollar

Əsas mövzular