Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Gələcəyin valyutası qiymətdə qızılı da ötdü

© REUTERS / Benoit TessierВиртуальная валюта биткойн
Виртуальная валюта биткойн - Sputnik Azərbaycan
Abunə olmaq
Aprel ayında bitkoinin qiyməti 20% yüksəlib

BAKI, 28 aprel — Sputnik. Bitkoinin qiyməti tarixi rekord səviyyəyə çatıb. 

"Report" xəbər verir ki, bu barədə məlumat "CoinDesk Bitcoin Price İndex"ə əsasən verilib.

Bitkoinin qiyməti aprelin 28-də 1 347,50 ABŞ dollarına çataraq tarixi rekordunu yeniləyib. Hazırda 1 331 dollara satılan bitkoin nəhayət, 1 unsiya qızılın qiymətini ötüb. Qeyd edək ki, aprel ayının əvvəlində 1 100 dollara satılan bitkoin 20% yüksəlib.

Bitkoin dünyada ən geniş yayılan kriptovalyutadır. Bu, rəqəmsal pul olub, emissiyası və hesablanması şifrələnmə əsasında qurulub. Bitkoinlərin emissiyası mayningdən keçir. Bunu həyata keçirən maynerlər, öz kompüterlərinin hesablama gücündən istifadə edərək şəbəkəyə yeni bloklar əlavə edir və onlara yeni tranzaksiya məlumatları əlavə edirlər. Məlumat bazasının genişləndirilməsinə mükafat olaraq isə maynerlər bitkoin əldə edirlər. Bu məlumat bazası "blokçeyn" adlanır. Bitkoinlərin sayı məhduddur — 21 mln. ədəd.

Bitkoinin məzənnəsi çox dalğalıdır. Məsələn, 2013-cü ildə ABŞ-da bitkoinin leqal tədavül vasitəsi elan edilməsindən sonra onun qiyməti kəskin artaraq 1 242 dollara çatıb. Yeddi il bundan əvvəl isə bitkoinin qiyməti 0,5 dollar olub. O zaman Laslo adlı amerikalı 10 min bitkoinə özünə 2 pizza sifariş verib. Bugünkü məzənnə ilə pizzaların qiyməti 4,4 mln. dollara bərabərdir.

Xəbər lenti
0