07:01 19 Noyabr 2017
Canlı yayım
Bərdə rayonunda çalışan günəmuzdçuların əksəriyyəti Tərtərin kəndlərindəndir

Azərbaycanın qeyri-neft sektorunun prioritetləri konkretləşir

© Sputnik / Ayaz Yashilyarpaq
İQTİSADİYYAT
Qısa URL
184310

Ekspert: "Bu məhsullar Azərbaycana valyuta gətirəcək"

BAKI, 21 aprel — Sputnik. "Dünya bazarında fındığa, pomidora, xurmaya, şəkərə və pambığa tələbat var. İqlim şəraitinə, torpağın münbitliyinə və digər faktorlara görə, bir ölkənin digər ölkə ilə müqayisəli üstünlüyü yaranır. Müqayisəli üstünlüyə görə bu məhsulları istehsal etmək mümkündür".

Müslüm İbrahimov
Müslüm İbrahimov

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyib. Onun sözlərinə görə, beləliklə, dünya bazarında konkret istehsalçı qrupu yaranır və bu məhsulları bazara çıxardır.

"Amma həmin məhsullar xammal formasında istehlak edilmir. Yəni, son məhsulun hansısa bir inqrediyenti kimi istifadə olunur. Məsələn, şirniyyat, şokolad və s. istehsalında fındığa xammal kimi böyük tələbat var və həmişə də olacaq. Yəni, xalis formada fındığın istehlakçısı yoxdur. Bütün dünyada inqrediyent kimi istifadə olunur. Məsələn, "Nestle" şirkəti məhsullarında fındıqdan, xurmadan istifadə edir. İri şirkətlərin resurs tələbatını ödəmək olar" – ekspert bildirib.

M. İbrahimovun fikrincə, Azərbaycanın fındıq sortları keyfiyyət və dadlılıq faktoruna görə də fərqlənir: "Dünyada yeyinti məhsulları istehsalçıları daha keyfiyyətli xammal əldə etmək istəyirlər ki, son məhsulları da keyfiyyətcə yüksək olsun. Yəni, bazarda rəqabət apara bilsinlər. Ümumiyyətlə, kənd təsərrüfatı məhsullarının rəqabətə davamlılıq faktorlarından qiymət, keyfiyyət və dadlılıq faktorunu götürmək olar. Burada dadlılıq önəmli yer tutur".

Onun sözlərinə görə, Azərbaycanda fındığın rayonlaşdırılması mümkündür: "Fındıq adətən 5 ildən sonra bar verməyə başlayır. Amma ölkəmizə elə sortlar gətirilib ki, 3 ildən sonra bar verə bilər. Hansısa bir fındıq sortunu konkret bir rayonun şəraitinə uyğunlaşdırmaq olar".

Şəkər çuğunduruna gəlincə, ekspert deyib: "Türkiyənin ən böyük assosiasiyaları şəkər çuğunduru assosiasiyalarıdır. Bu, Gürcüstanda da var. Onların ucuz şəkər çuğunduru istehsal etməyə və qiyməti saxlamağa böyük potensialı var. Çox vaxt daxildə şəkər çuğunduru istehsal etmək müəyyən dərəcədə effekt vermir. Bundan başqa, şəkər çuğunduru istehsal etmək çox çətindir. Həm böyük əmək qüvvəsi, həm də kapital tələb edir".

"İmişli rayonunda yerləşən zavodun tam imkanı var ki, həm spirt, həm də insulin istehsal etsin. Bu şəkər zavodu daha ucuz qiymətə xammal almaqda maraqlıdır. Ona görə ki, şəkərin də qiyməti aşağı enəcək. Biz ancaq şəkəri daxili bazarda satmırıq, həm də onu hazır formada ixrac edirik" – İbrahimov qeyd edib.

İqtisadçının fikrincə, dünya bazarında şəkər çuğundurunun qiyməti həmişə dəyişir: "Ona görə də, dünya bazarında olan qiymətlərə həmişə nəzər salmaq lazımdır. Qiymətin dəyişməsinə də fikir vermək lazımdır. Bu sahədə iqtisadi effekt var. Problemləri həll etdikdən sonra ölkədə şəkər çuğunduru istehsalını daha da artırmaq mümkündür. Əsas odur ki, bizdə zavod var və xammal bazası formalaşıb".

"Hazırda məhsulların 90 faiz istehsalında pambıqdan istifadə olunur. Geyimlərin istehsalında 40-50 faiz pambıqdan istifadə edilir. Onu da deyək ki, Rusiya bazarında Azərbaycan xurmasına çox böyük tələbat var" – deyə o, əlavə edib.

Qeyd edək ki, prezident İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində 2016-cı ildə ölkəyə ən çox valyuta gətirən məhsulları açıqlayıb.

Əlaqədar

Manatın yeni məzənnəsi ərzaq məhsullarının qiymətinə təsirsiz ötüşmədi
Fermerlər məhsullarını sərfəli qiymətə sata bilmirlər
Bu məhsulların və xidmətlərin qiyməti qalxdı - rəsmi açıqlama
İran məhsulları Rusiya bazarına ayaq açır
İlham Əliyev: “Məqsəd qeyri-neft sektoru məhsullarını ixrac etməkdir”
Yumurta qabığı bu məhsulda istifadə ediləcək
Teqlər:
Müslüm İbrahimov, fındıq, şəkər, pambıq, xurma, dünya bazarı, pomidor, xammal, Azərbaycan, məhsul

Əsas mövzular