11:08 14 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8752
Pambıq qozası, arxiv şəkli

"Ağ qızıl" onları ağ günə çıxaracaqmı?

© pixabay / pianweizhuannong
İQTİSADİYYAT
Qısa URL
133 0 0

Hazırda 1 hektar sahədə pambıq becərmək üçün 750-800 manat vəsait tələb olunur

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 19 apr — Sputnik. Ötən illə müqayisədə Bərdədə pambıq əkilən tarlaların, təqribən 3 dəfə artacağı gözlənilir. Son günlər havanın yağıntılı keçməsi isə səpini ləngidib.

Pambıq əkini
© Sputnik / Ramil Ibrahimov
Pambıq əkini

Fermerlər səpini vaxtında başa çatdıra bilməyəcəklərindən narahatdırlar. Bu sahəyə marağın artmasını torpaq sahibləri pambığın alış qiymətinin artması ilə izah edirlər. Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan fermerlərin sözlərinə görə, qiymət artımı dolayısı ilə məhsuldarlığa da müsbət təsir göstərir.

Fermer Kamran Rəhimov
© Sputnik / Ramil Ibrahimov
Fermer Kamran Rəhimov

Belə ki, əvvəlki illərdə ucuz tədarük olunan məhsulun maya dəyərini aşağı salmaq üçün torpaq sahibləri aqrotexniki tədbirləri azaltmaq məcburiyyətində qalırdılar. Bu da məhsuldarlığı aşağı salırdı. Üstəlik, bu il fermerlər tarlaya xaricdən gətirilmiş yüksək keyfiyyətli çiyid (toxum) səpdiklərini deyirlər.

"Bu toxumlar bir hektara 50-60 sentner məhsul verməlidir. Türkiyədən alınıb. Bizə zavoddan verilib. O torpaqla buranın fərqini də nəzərə alanda, biz ən az 40-45 sentner məhsuldarlıq gözləyirik. 16 hektar sahəyə səpəcəm" — deyir fermer Kamran Rəhimov.

Hazırda 1 ha sahədə pambıq becərmək üçün 750-800 manat vəsait tələb olunur. Becərmə üçün lazım olan məbləğ isə tədarükçü şirkət tərəfindən ödənilir. Şəxsi kapitalı yetərli olmayan fermerlər pambıqçılığı özləri üçün kənd təsərrüfatının ən sərfəli sahəsi hesab edirlər.

Torpaq sahibi Ruhi Qarayev
© Sputnik / Ramil Ibrahimov
Torpaq sahibi Ruhi Qarayev

"Ayın əvvəlindən səpinə başlamışam. 25 hektar əraziyə toxum səpilib. Hava imkan versə, əlavə 25 hektara da səpəcəm. İndiyə qədər 7000 manat xərclənib. Xərci zavod çəkir. Pulun varsa, özün də ödəyə bilərsən. Yekunda 51 qəpkdən zavod götürür pambığı, 10 qəpik də hər kiloqramına dövlət subsidiya verir" — torpaq sahibi Ruhi Qarayev bildirir.

Ötən il texnika sarıdan qıtlıq olduğunu deyən fermerlər, hələlik bu mövsüm belə bir problemlə üzləşməyblər. "Dünən mənim yerimə traktoru saldıq, nəmişlik olduğuna görə iş getmədi. Geckmə, ola bilsin bir az məhsuldarlığa təsir edəcək" — fermer Nizami Nəcəfov qeyd edir.

Fermer Nizami Nəcəfov
© Sputnik / Ramil Ibrahimov
Fermer Nizami Nəcəfov

Bərdə Pambıq Zavodundan da Sputnik Azərbaycan-a bildirdilər ki, bu il texnika baxımından problem yaşanmayacaq: "Zavodun kifayət qədər texnikası var. Bu il tədarükçü şirkət tərəfindən zavoda 3 ədəd də əlavə səpin texnikası verilib. Hava şəraiti əlverişli keçərsə, may ayının əvvəlinə qədər səpin yekunlaşacaq. Ümumilikdə isə rayonda bu il 7800 hektardan çox sahədə pambıq əkiləcəyi planlaşdırılıb".

Əlaqədar

Pambıqçılar öz haqlarını ala bilmirlər
Azərbaycanda 88 min tondan çox pambıq tədarük edilib
Mədəniyyət işçilərini pambıq yığımına aparırlar
Dövlətin strateji planı: 700 min ton pambıq, 400 min iş yeri
İlham Əliyev: Pambığın alış qiymətini nə qədər mümkündürsə qaldırmalıyıq
Prezident pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirir
Teqlər:
çiyid, hektar, səpin, tarla, əkin, pambıq, toxum, Bərdə, fermer

Əsas mövzular