01:46 23 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8964
Доллары США и азербайджанский манат

Manat dollara qarşı bu səviyyədə sabitləşdirilir

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
217802

Digər ehtimal isə ortamüddətli perspektivdə dolların məzənnəsinin 1,70 AZN/USD səviyyəsində sabitləşdiriləcəyini nəzərdə tutur

BAKI, 13 apr — Sputnik. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) və Dövlət Neft Fondunun (ARDNF) birgə valyuta hərracı keçirib. Azərbaycan Milli Bankı USD/AZN rəsmi məzənnəsini 1,7026 səviyyəsində müəyyən edib. Bu, dolların rəsmi məzənnəsinin əvvəlki valyuta hərracının nəticəsi ilə müqayisədə 0,0003 manat azalması deməkdir.

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, AMB son iki valyuta hərracında dolların rəsmi məzənnəsini 1,70 AZN/USD səviyyəsindən aşağı salmaq istəmədiyini göstərir. Belə ki, aprelin 11-də məzənnə 0,0002, bu gün isə 0,0003 bənd geriləyib. Son günlərdə nağd valyuta bazarında dollar faktiki rəsmi məzənnədən 3,5% aşağı satılırdı.

"Belə ehtimal etmək olar ki, Mərkəzi Bank bu durumdan narahat olub və bazardakı məzənnənin rəsmi məzənnəyə yaxın olmasını istəyib. Sabitləşmə yarandıqdan sonra isə neft qiymətlərində artım davam edərsə dolların ucuzlaşması prosesi yenidən davam edə bilər. Digər ehtimal isə ortamüddətli perspektivdə dolların məzənnəsinin 1,70 AZN/USD səviyyəsində sabitləşdiriləcəyini nəzərdə tutur" — deyə analitiklər qeyd edirlər.

Əlaqədar

Manatı ucuzlaşdıran bankların sayı artır: dollar bahalaşdı
Dolların sabaha məzənnəsi belə oldu
Azərbaycan 77 ölkəyə 2.3 milyard dollarlıq mal satıb
Dollardan qəfil yüksəliş: məzənnələr qalxdı
Dollar bir qədər də ucuzlaşdı
Teqlər:
sabitləşmə, Mərkəzi Bank, manat, dollar

Əsas mövzular