Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mərkəzi Bankın valyuta ehtiyatları açıqlandı

© Sputnik / Murad OrujovMərkəzi Bank
Mərkəzi Bank - Sputnik Azərbaycan
Abunə olmaq
AMB-nin valyuta ehtiyatları bu il aprelin 1-nə 4 mlrd. 432,7 mln. dollar təşkil edib

BAKI, 4 apr — Sputnik. Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il aprelin 1-nə 4 mlrd. 432,7 mln. dollar təşkil edib. Sputnik Azərbaycan AMB-yə istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 1,45% və ya 63,4 mln. dollar çoxdur.

Mart ayının 1-ə AMB-nin ehtiyatları 4 mlrd. 369,3 mln. dollar olub. Bu ilin əvvəli ilə müqayisədə valyuta ehtiyatları 458,3 milyon dollar artıb. Ötən ilin analoji dövrü ilə müqayisədə isə 366,9 mln. dollar və yaxud 9% artıb.

Xəbər lenti
0