04:21 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
494603

"Dolların az satılmasının səbəbi banklarda manat likvidliyi problemi, məhdud həcmdə manat olmasıdır"

BAKI, 27 mart — Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Fondu (DNF) yanvar-fevral ayları ərzində Mərkəzi Bank tərəfindən keçirilən valyuta hərraclarında 543,4 milyon dollar məbləğində vəsait satıb. Fevralda keçirilən hərraclarda satılan valyutanın həcmi 258,4 milyon dollar təşkil edib.

İqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov

Bundan öncə açıqlanan məlumata əsasən isə yanvar ayı ərzində Fond valyuta hərraclarının iştirakçılarına 285 milyon dollar satıb. Rəqəmlərin müqayisəsi göstərir ki, yanvar ayı ilə müqayisədə ötən ay keçirilən valyuta hərraclarında satılan vəsaitin məbləği 9,3% azalıb.

Məsələni Sputnik Azərbaycan-a şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin həcmində ardıcıl olaraq ikinci ildir azalma qeydə alındığını deyib: "Bu, əslində ölkənin valyuta ehtiyatlarına qənaət edilməsi, yəni, qorunması, eyni zamanda büdcə xərclərinin, xüsusilə də əsas vəsait qoyuluşlarının, investisiya xərclərinin konsolidasiya olunması nəticəsində baş verir".

"Yəni, DNF-in dövlət büdcəsi qarşısında öhdəliklərinin həcmi azalır. 2013-cü ildə bu öhdəliklər təxminən 11,5 milyard manat həcmində idi. Bu da o məzənnə ilə həmin dövr üçün 15 milyard dollar edirdi. 15 milyard dolları həftənin iş günlərinə bölsək, görərik ki, DNF bu öhdəliyi yerinə yetirmək üçün hər gün hərraca, təxminən 70 milyon vəsait çıxarmalı idi" — ekspert bildirib.

İqtisadçının sözlərinə görə, 2017-ci ildə DNF-in büdcə qarşısında 6 milyard manat öhdəliyi var: "Hazırki məzənnə ilə, təxminən 3,3 milyard dollar vəsait kifayət edir ki, konvertasiya edilərək dövlət büdcəsi qarşısında öhdəlik yerinə yetirilsin. Həm ümumi manatla ifadədə transfertin həcmi azalıb, həm də məzənnənin 2 dəfə dəyişməsi baş verib. Beləliklə də, Neft Fondunun öz öhdəliyini icra etməsi üçün 2017-ci ildə 2013-cü illə müqayisədə bazara, təxminən 4,5 dəfə az dollar çıxartması lazımdır. Bu baxımdan da proses azalan istiqamətdədir".

Samir Əliyev, iqtisadçı-ekspert
© Sputnik / Murad Orujov
Samir Əliyev, iqtisadçı-ekspert

2017-ci ilin birinci və ikinci ayları arasında azalmaya gəlincə, ekspert deyir ki, əvvəla, fevral ayı qısa aydır: "Fevral ayında yanvar ayı ilə müqayisədə hərrac günlərinin sayı az olub. Amma əsas məsələ o deyil. Əsas məsələ, məhz fevralın 2-dən sonra manatın məzənnəsinin möhkəmlənməsidir. Bu, ayın 12-dək davam etdi. Belə bir şəraitdə hərraca çıxarılan valyuta tam satılmırdı. Bütün bunlar da son nəticədə Neft Fondunun bazara çıxardığı dolların həcminin az olmasına gətirib çıxardıb".

İqtisadçı-ekspert Samir Əliyev də Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, 2017-ci ilin ilk 2 ayı ərzində pul bazası 11 faiz azalıb: "Həm yanvarda, həm də fevralda azalma davam edib. Amma noyabr-dekabr aylarında pul bazası xeyli artmışdı. Həmin dövrdə də dollara tələbat yüksək idi, manat sürətlə ucuzlaşırdı. Yanvar-fevralda Mərkəzi Bank pul bazasını azaltdı. Bu, ona gətirib çıxardı ki, dollara tələbat azaldı. Hərraclarda da bir müddət banklar tərəfindən dollara tələb az olurdu".

Ekspertin sözlərinə görə, dolların az satılmasının səbəbi banklarda manat likvidliyi problemi, məhdud həcmdə manat olmasıdır: "Manat məhdud həcmdə olduğu üçün onu dollar alışına yönəldə bilmirlər. Bu baxımdan düşünürəm ki, Neft Fondunun az dollar satmasının səbəbi, məhz manat qıtlığıdır. Bu, ümumilikdə həm kreditləşməyə təsir göstərir, həm də dolların alışını məhdudlaşdırır".

Əlaqədar

Dollar manat qarşısında dəyər itirdi
Dollar-manat münasibəti bu həddə sabitləşəcək
Sabah dollar 1,73 manat olacaq
Sabaha manat-dollar nisbəti açıqlandı
Sabaha manat-dollar nisbəti açıqlandı
Dolların rəsmi məzənnəsi 1,6596 manat olacaq
Dollar 1 manat 70 qəpiyi ötdü
Teqlər:
fevral, yanvar, Rəşad Həsənov, Sputnik Azərbaycan, DNF, Dövlət Neft Fondu, dövlət büdcəsi, iqtisadçı-ekspert, Samir Əliyev, valyuta, Azərbaycan, manat, dollar

Əsas mövzular