Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bank hesabından nağd pulun götürülməsində məhdudiyyət var?

© Sputnik / Murad OrujovKredit mütəxəssisi və müştəri, arxiv şəkli
Kredit mütəxəssisi və müştəri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rüfət Abbasov: "Bank hesablarından nağd pulun götürülməsinə hər hansı məhdudiyyət qoyulmayıb"

BAKI, 16 mart — Sputnik. "Bir sıra kütləvi informasiya vasitələrində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən bank müştərilərinin hesablarından nağd pulun götürülməsinə dair yeni məhdudiyyətlərin qoyulması barədə xəbərlər dərc olunub. MBNP-yə bununla bağlı çoxsaylı müraciətlərin daxil olduğunu nəzərə alaraq, bildirmək istəyirəm ki, Palata tərəfindən hər hansı bir qadağa və ya məhdudiyyət tətbiq edilməyib".

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov bildirib.

"Məlum olduğu kimi, 2017-ci il yanvarın 1-dən "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minib. Həmin Qanunla vergi ödəyiciləri arasında nağdsız hesablaşmalara dair bir sıra məhdudiyyətlər, habelə bu hesablaşmaların aparılması barədə xüsusi rejim müəyyən edilib. Qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin Fərmanına əsasən, banklardan nağd çıxarılan vəsaitlərin "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanununa uyğunluq baxımından araşdırılması və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülməsi MBNP-na həvalə olunub. Qanunun qüvvəyə minməsindən ötən iki ay ərzində yeni rejimin tətbiqi vəziyyəti ilə əlaqədar Palata tərəfindən monitorinqlər aparılıb. Monitorinqin nəticəsi olaraq MBNP banklara əlavə tövsiyələr, xüsusilə açıq-aşkar iqtisadi məqsədi olmayan əməliyyatların monitorinq rejiminə əməl olunmasına dair tapşırıqlar verib" — Abbasov deyib.

Xəbər lenti
0