04:20 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
5469 0 0

Ekspert: "Açıq valyuta mövqeyi üzrə limitin 10%-dən 3%-ə endirilməsi düzgün, amma gecikmiş addımdır"

BAKI, 9 mart — Sputnik. Azərbaycanda kommersiya banklarının açıq valyuta mövqeyi üzrə limit 10%-dən 3%-ə endirilə bilər. Bank dairələrindən alınan məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı kommersiya banklarına təklif göndərib və rəy bildirilməsi xahiş edilib.

Samir Əliyev, iqtisadçı-ekspert
© Sputnik / Murad Orujov
Samir Əliyev, iqtisadçı-ekspert

Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Samir Əliyev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, açıq valyuta mövqeyi — banklarda ayrı-ayrı valyutalar (dollar, avro, rubl və s.) üzrə onların öhdəlikləri ilə aktivləri arasındakı nisbətdir: "Yəni, borc götürdüyü pulla borc verdiyi pul arasındakı fərqdir. Əgər götürülən borc verilən borcdan azdırsa, bu, müsbət olur. Məsələn, 1 manat borc götürülür, amma 2 manat borc verilir. Burada verilən borc çoxdur. Bu, artıq uzun valyuta mövqeyi adlanır. Əgər tərsinə olursa, 2 manat götürüb, 1 manat borc verilirsə, yəni, öhdəlik aktivi üstələyirsə, bu, qısa valyuta mövqeyidir".

"Bu valyuta mövqeyi əsas ona görə istifadə edilir ki, bankların məzənnə dəyişiklikləri zamanı risklərin qorunmasını təmin edir" — deyə o, qeyd edib.

İqtisadçının sözlərinə görə, banklar 10 faizlik normaya əməl etmirdi, onu pozmuşdu və Azərbaycanda devalvasiya baş verən zaman banklar xeyli zərbə aldı: "Səbəb isə məhz 10 faizlik normaya əməl edilməməsi olub. 10 faizlik normanı Mərkəzi Bank müəyyənləşdirib. Bəzilərində bu, 20-30 faiz fərq edib. Ona görə, banklar çox böyük zərbə alıb. Mərkəzi Bank 2015-ci ildə hətta bu normanı ilin sonunadək aradan götürüb, amma sonradan bərpa edib".

"Açıq valyuta mövqeyi üzrə limit 10%-dən 3%-ə enərsə, bu, normativlərin sərtləşdirilməsidir. Bu, daha konservativ bir yanaşmanı göstərir ki, bazarda məzənnə dəyişikliyinə bankların həssaslığı azalsın. Çünki fərq azalır" — deyə ekspert bildirib.

S. Əliyev düşünür ki, bu addım bankların daha çox valyuta (əsasən dollar) yığıb saxlamasına imkan verməyəcək: "Banklar məcbur olacaq ki, həmin pulu bazara yönəltsinlər. Əks halda, 3 faizlik normanı ötmüş olacaqlar. Bu addım bankların dollar yığımına deyil, həmin pulun bazara yönəlməsinə gətirib çıxara bilər".

Həmsöhbətimizin fikrincə, amma bu addım çox sərtdir və bir qədər də risklidir: "Çünki bu, həm də banklarda əmanət və kreditləşmədə problem yarada bilər. Əmanət qoyuluşunun, təxminən 80 faizi xarici valyutadadır. Amma kredit qoyuluşunda bu, 50-60 faiz arasında dəyişir. Bu, artıq məcbur edir ki, banklar əmanət cəlbi və kredit qoyuluşu siyasətinə dəyişiklik etsin. Əks halda bu norma banklarda pozula bilər".

Bank eksperti Əkrəm Həsənov
© Photo : REPORT
Əkrəm Həsənov

"Hər bir halda bunu sərtləşdirici addım kimi qiymətləndirmək olar. Bankların məzənnə dəyişikliyinə həssaslığını azaltmağa, eyni zamanda zəif, zərbə almış bankların sıradan çıxmasının daha da sürətlənməsinə gətirib çıxarda biləcək bir addımdır" — deyə o əlavə edib.

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, əslində ölkədə açıq valyuta mövqeyi üzrə 10 faizlik limit yoxdur: "Əvvəl 10 faizlik limit devalvasiyaya qədər olub. Mərkəzi Bank bunu ləğv etmişdi. Qanuna görə, açıq valyutanın mövcudluğu olmalıdır".

Ekspert hesab edir ki, bu, düzgün, amma gecikmiş addımdır: "Limitin olması vacibdir. 10 faizlik limit çoxdur, 3 faizlik limitin olması isə yaxşıdır".

Ə. Həsənovun sözlərinə görə, bank bir valyutada pul cəlb edə, amma digər valyutada verə bilər: "Bu fərq çox olanda və valyuta məzənnələri kəskin dəyişəndə, bank itkilərə məruz qala bilər. İtkinin olmaması üçün də mütləq valyuta mövqeyi olmalıdır. Devalvasiya baş verən ölkələrdə valyuta mövqeyi aşağı salınır. Amma Azərbaycanda 2015-ci ildə valyuta mövqeyini aradan qaldırıblar. Azərbaycanda 2-ci devalvasiyanın əsasını da məhz o addım qoyub. Limitin 3 faizə endirilməsi nəticəsində banklar itkilərə məruz qalmayacaqlar".

Əlaqədar

Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin üzvləri təsdiqlənib
13 bankdan dollarla bağlı sərt qərar
Ekspert: “Banklar əhalinin hesabına mənfəət əldə etmək istəyir”
Banklar dollar təzyiqinə tab gətirmədi
Banklar sizinlə poker oynayır - kartları açmayın!
Banklar dolları niyə ucuzlaşdırır?
Banklarda dollarla bağlı nə baş verir?
Teqlər:
açıq valyuta mövqeyi, limit, kommersiya bankları, Əkrəm Həsənov, faiz, devalvasiya, borc, Samir Əliyev, Azərbaycan, bank

Əsas mövzular