01:59 25 Fevral 2018
Canlı yayım
Pulqabında manatlar, arxiv şəkli

Hərəmizə 704 dollar borca düşdük

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
12830

2017-ci il 1 yanvar tarixinə adambaşına borc 704,7 ABŞ dolları təşkil edib

BAKI, 9 mart — Sputnik. Dövlət zəmanəti ilə verilmiş xarici borcun qalıq məbləği borcalan təşkilatların təqdim etdiyi hesabat məlumatlarına əsasən 2017-ci il yanvarın 1-nə 6 913,2 mln. dollar ekvivalentində olub. Adambaşına düşən xarici dövlət borcu 2017-ci il 1 yanvar tarixinə 704,7 ABŞ dolları təşkil edib. "Report" bu barədə hökumətin illik hesabatına istinadən xəbər verir.

Vergi məcəlləsi
© Sputnik / Murad Orujov

2017-ci il 1 yanvar tarixinədək imzalanan sazişlər üzrə cəlb olunması nəzərdə tutulan kreditlərin ümumi məbləğinin 2016-cı ilin ümumi daxili məhsuluna nisbəti 32,3%-ə, 2017-ci il 1 yanvar tarixinə istifadə edilmiş və xarici dövlət borcu hesab edilən kreditlərin məbləğinin 2016-cı ilin ümumi daxili məhsuluna nisbəti 20,4%-ə bərabər olub. Hesabata əsasən xarici dövlət borcu hesab edilən şərti öhdəliklərin məbləği 2017-ci il 1 yanvar tarixinə 406,2 mln. ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 1 yanvar 2016-cı il tarixinə Azərbaycanın xarici dövlət borcu 6,894.3 mln. ABŞ dolları (10,751.0 mln. manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19.8% təşkil edib. Bu borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Nəticədə adambaşına xarici dövlət borcu 737,2 dollar səviyyəsində olub.

Əlaqədar

Azərbaycanın xarici dövlət borcu açıqlandı
Azərbaycanın xarici dövlət borcunun real səviyyəsi qənaətbəxş həddədir
Teqlər:
hökumətin illik hesabatı, Ümumi Daxili Məhsul (ÜDM), ABŞ dolları, Adambaşına düşən xarici dövlət borcu, Azərbaycan

Əsas mövzular