23:57 21 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
1721

Azərbaycan Rəşt-Astara dəmir yolunun çəkilişində iştirak edəcək

BAKI, 5 mart — Sputnik. "Azərbaycan Rəşt-Astara dəmir yolunun çəkilişində iştirak edəcək və iki ölkənin səyi ilə Rəşt-Astara dəmir yolunun inşası başlanacaq". Sputnik Azərbaycan xəbər verir ki, İran prezidenti Həsən Ruhani azərbaycanlı həmkarı İlham Əliyevlə keçiridiyi birgə mətbuat konfransında belə açıqlama verib.

Ruhani bildirib ki, hər iki ölkə enerji sahəsində əməkdaşlığa hazır olduğunu bəyan edir: "İran Azərbaycanın neft və neft məhsullarının cənub sularına çatdırılmasında maraqlıdır və ümidvarıq ki, bu sahədə əməkdaşlığımız genişlənəcək. Ölkələrimiz müştərək sərmayə qoyuluşu, eləcə də Azərbaycanda avtomobil zavodunun və dərman preparatları istehsal edən müəssisənin inşası üçün önəmli addımlar atıb və bu məsələdə zəruri razılaşmalar əldə edilib. Ümidvarıq ki, yaxın gələcəkdə bu layihələr həyata keçiriləcək".

Əlaqədar

İlham Əliyev: "Azərbaycan - İran münasibətləri ən yüksək səviyyəyə çatıb"
Azərbaycanla İran qarşı-qarşıya
Azərbaycan anti-İran koalisiyasına qoşulmayacaq
Azərbaycan Prezidenti İran rəhbərliyinə başsağlığı verdi
İsrail-İran karvan yolu Azərbaycandan keçə bilər
İran Azərbaycanı subregional güc kimi qəbul etməyə başlayır
Azərbaycan və İran bu sahələrdə əməkdaşlıq edəcəklər
Teqlər:
Rəşt-Astara dəmir yolu, İran, Həsən Ruhani, İlham Əliyev, Azərbaycan, prezident, neft

Əsas mövzular