Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Qaz diplomatiyası"nda növbəti mərhələ

© AFP 2023 / ADEM ALTANГазораспределительная станция в Турции. Архивное фото
Газораспределительная станция в Турции. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa ölkələri layihəyə o qədər də ciddi yanaşmır. Bazara İran kimi oyunçuların daxil olmaq istəməsi qaz gəlirlərinin aşağı olacağını göstərərir.

 

Azər RƏŞİDOĞLU, Sputnik Azərbaycan

Fevralın 23-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirilib. Prezident İlham Əliyev toplantıda iştirak edib. Tədbirdə, həmçinin Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şevçoviç iştirak ediblər. 

Cənub Qaz Dəhlizi layihəsinə cəlb edilmiş ölkələrin nazirlərindən — Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak, Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda, Yunanıstanın ətraf mühit və energetika naziri Georgios Statakis, Albaniyanın energetika və sənaye nazirinin müavini İlir Bejtja, Bolqarıstanın energetika naziri Nikolay Pavlov və onu müşayiət edəcək "Bulgarian Energy Holding", "Bulgargaz", "IGB" və Energetika Nazirliyinin nümayəndələri iştirak ediblər. Monteneqronun iqtisadiyyat naziri Draqitsa Sekuliç, Xorvatiyanın ətraf mühitin mühafizəsi və enerji naziri Slaven Dobroviç, Bosniya və Herseqovinadan isə xarici ticarət naziri Mirko Saroviç də tədbirə qatılıb.

Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı işə başlayıb - Sputnik Azərbaycan
İQTİSADİYYAT
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclası keçirilir

Qeyd edək ki, Cənub Qaz Dəhlizi təkcə region ölkələri üçün yox, eyni zamanda Avropa ölkələri üçün çox mühüm və strateji layihədir. Layihənin Məşvərət Şurasının hər iki toplantısının Bakıda keçirilməsi Azərbaycanın bu layihənin reallaşmasında həlledici rolunu təsdiq edir.

Məşrəvət Şurasının ikinci iclasında bir sıra dövlətlərin əlaqədar qurumlarının rəhbər şəxslərinin və Avropa İttifaqının müvafiq təşkilatlarının yüksək səviyyəli rəsmi nümayəndələrinin iştirak etməsi Cənub Qaz Dəhlizi layihəsinin beynəlxalq və transmilli məzmunundan xəbər verir. Eyni zamanda Azərbaycanın geosiyasi çəkisi artır, ölkəmiz regionda sabitləşdirici faktor kimi çıxış edir. Azərbaycan Cənub Qaz Dəhlizində TANAP və TAP layihələri vasitəsilə iştirak edir. Bu layihələr vasitəsilə Azərbaycan Türkiyənin, eləcə də Avropa İttifaqının enerji təhlükəsizliyinin iştirakçısına çevrilir.

Qeyd edək ki, Azərbaycan TANAP kəməri vasitəsilə Türkiyə bazarına birinci mərhələdə 6,6 milyard kubmetr, Avropa bazarına isə 10 milyard kubmetr qaz çıxaracaq. Növbəti mərhələdə isə Avropa bazarına çıxarılan mavi qazın həcmi illik olaraq 20 milyard kubmetrə və hətta sonradan 30 milyard kubmetrə qədər yüksələcək. Bu, birmənalı şəkildə ondan xəbər verir ki, Azərbaycan yaxın illərdə Avropanın mavi qaza olan ehtiyacının ödənilməsində əhəmiyyətli ölkəyə çevriləcək. 

Cənub Qaz Dəhlizinin reallaşması Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə və enerji asılılığının aradan qaldırılmasına imkan yaradacaq. Bu mənada Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyinin təmin olunması və enerji asılılığının aradan qaldırılması baxımından kifayət qədər əhəmiyyətli bir layihədir.

Gələcəkdə Cənub Qaz Dəhlizinin əhəmiyyəti daha da arta bilər. Məsələ ondadır ki, gələcəkdə Türkmənistan və Qazaxıstanın istehsal etdiyi qaz Trans-Xəzər boru kəməri vasitəsilə Cənubi Qaz Dəhlizindən Avropaya ixrac oluna bilər. 

Lakin Avropa ölkələri layihəyə o qədər də ciddi yanaşmır. Avropanı layihəyə az maraqlı edən məqam, 2020-ci ildə tamamlanacaq kəmərlə Azərbaycandan Avropaya ildə 10-12 milyard kubmetr həcmində qazın ötürülməsi ola bilər. İqtisadçılara görə, bu, Avropa üçün çox kiçik bir rəqəmdir. Təkcə Macarıstanın qaz ehtiyacı 12 milyard kubmetrdir. Layihənin dəyərinin həddindən artıq böyük olması və Aİ-ə satılacaq qazın kiçik həcmi prezidentin Münhendə dediyi kimi, layihənin sərfəliliyini sual altına salır.

Azərbaycan 2020-ci ildə neft gəlirlərinin azaldığı bir dövrdə qaz satışı ilə məşğul olacaq. Lakin bazara İran kimi digər oyunçuların daxil olmaq istəməsi qaz gəlirlərinin aşağı olacağının xəbərçisidir. Avropa Türkmənistanın Cənub Qaz Dəhlizi layihəsinə qoşulmasında maraqlıdır, lakin Rusiyanın buna razı olmaması nəticəsində bu ölkə layihəyə könülsüz yanaşır. 

Layihənin iqtisadi tərəflərindən daha çox siyasi tərəfləri olduğu iki dövlətin əsas məqsədi regional sülhü qorumaqdır. Bu cür layihələr, adətən buna xidmət edir. Əgər, gələcəkdə ortaya siyasi problem çıxarsa, həm Rusiya, həm də Türkiyə bu layihəni göz önündə tutub, anlaşılmazlıqları dialoq yolu ilə həll edə bilərlər. Ən azı ona görə ki, "Türk axını" layihəsinə milyardlarla dollar pul yatırılır və gələcəkdə bu işdən külli miqdarda qazanc götürüləcək. Milyardlarla vəsait isə siyasi önəmi olmayan layihələrə ayrıla bilməz.

Xəbər lenti
0