Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan 3 milyard dollar itirib

© AFP 2023 / BRENDAN SMIALOWSKIValyuta ehtiyatı
Valyuta ehtiyatı - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkənin valyuta ehtiyatları 3 milyard dollara yaxın azalıb

BAKI, 14 fev — Sputnik. Azərbaycanın valyuta ehtiyatlarının ümumi həcmi 2017-ci il yanvarın 1-nə 37 121,4 mln. ABŞ dolları təşkil edib. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bunun 89,29%-i və yaxud 33,147 mlrd. dolları Dövlət Neft Fondu (ARDNF), 10,71%-i və yaxud 3 974,4 mln. dolları isə Mərkəzi Bankın (AMB) payına düşüb.

Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 2 833,4 mln. dollar və yaxud 7,09% azalıb. Son üç ayda ARDNF-in ehtiyatlarında 2 675,1 mln. dollar və yaxud 7,47%, AMB-nin ehtiyatlarında isə 158,3 mln. dollar və yaxud 3,83% azalma baş verib.

Qeyd edək ki, 2016-cı il ərzində Azərbaycanın məcmu valyuta ehtiyatları 1 469,4 mln. dollar və yaxud 3,81% azalıb.

Xəbər lenti
0