07:37 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
587522

2017-ci il ərzində ABŞ-da uçot dərəcəsinin stabil qalması Azərbaycan üçün məqbul variant hesab olunur

BAKI, 6 fev — Sputnik. ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini qaldırması ilə həm qlobal bazarlarda təşviş yaşanır, həm də dollara olan tələb artır. Bunu iqtisadçı-ekspert Fariz Quliyev Sputnik Azərbaycan-a açıqlamasında deyib.

Dollar
© Sputnik / Murad Orujov

"Nəzəriyyəyə görə, dollar kütləsi artırsa, onda dollar kütləsinin dəyəri azalmalıdır. Amma son təcrübələr göstərir ki, azalmır, əksinə daha da dəyər qazanır" — ekspert bildirib.

Quliyevin sözlərinə görə, bu, ilk növbədə ABŞ-ın daxili maliyyə bazarında dollara tələbin artması ilə bağlıdır: "Hamı istəyir ki, dollarda investisiya və yaxud depozit qoysun. Ona görə də dolların qiyməti artır. Amerika daxilində digər valyutalara nisbətdə dollar güclənəndə, digər ölkələrdə də dollar bahalaşır".

FED-in qərarının Azərbaycana təsirinə gəlincə, ekspert deyib: "Bu, bizə birbaşa bizə təsir etmir. Amma ümumi istiqamət onu göstərir ki, FED uçot dərəcəsini qaldıran zaman dollara tələb artdığı üçün istər-istəməz bizdə də bahalaşır. Burada həm panika effekti, həm də dollara olan tələb-təklif məsələsi var".

İqtisadçı-ekspert Vüqar Bayramov isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, FED uçot dərəcəsini sonuncu dəfə 2016-cı ilin dekabrında qaldırıb və bundan sonrakı qısa müddətə uçot dərəcəsinin qaldırılması gözlənilən deyil: "O baxımdan 2017-ci ildə FED-in ilk iclasında faizin dəyişdirilməyərək 0,50%-0,75% intervalında saxlanması gözlənilən idi".

Onun fikrincə, növbəti dövrlərdə uçot dərəcəsinin qaldırılması ABŞ-da Donald Tramp və onun komandasının dolları ucuzlaşdırması ilə bağlı vədlərinə və ya bəyanatlarına hansı səviyyədə israrlı olmasından asılı olacaq: "Tramp ABŞ-ın iqtisadi rəqiblərini sıxışdırmaq üçün dolların ucuzlaşmasında maraqlı olduğunu bildirib. Amma FED 2016-cı ilin dekabrında uçot dərəcəsini qaldıran zaman 2017-ci ildə də uçot dərəcəsinin mərhələli şəkildə artırılacağını bildirib".

"Hazırda ABŞ-ın mövcud monetar siyasətini təhlil etsək, iki fərqli yanaşma var: Birincisi, FED-in 2017-ci ildə uçot dərəcəsinin qaldırılması ilə bağlı proqnozu və ya fikirləri. İkincisi, Tramp və onun komandasının ABŞ dollarının ucuzlaşması ilə bağlı istəkləri. 2017-ci ildə uçot dərəcəsinin qaldırılması bu alternativ siyasətlərdən hansının strateji olacağından asılı olacaq. 2 alternativ siyasətin hansının güclü olması uçot dərəcəsinin artırılıb-artırılmayacağı ilə bağlı qərarın verilməsinə gətirib çıxardacaq" — Bayramov bildirib.

Azərbaycana təsirinə gəlincə, ekspert ölkəmiz üçün FED-in uçot dərəcəsini artırmamasının daha məqsədəuyğun olduğunu söyləyib: "Uçot dərəcəsi artırılırsa, psixoloji olaraq inkişaf etməkdə olan ölkələrin, o cümlədən Azərbaycanın valyuta bazarına təzyiq artır. Amma bu, olmayanda ən azı psixoloji təzyiqi yumşaltmaq mümkün olur. Azərbaycan üçün daha məqbul variant 2017-ci ildə ABŞ-da uçot dərəcəsinin stabil qalmasıdır".

Qeyd edək ki, ötən ilin dekabrında FED uçot dərəcəsini 0,50-0,75% artırıb.

Əlaqədar

FED 4 dəfə faiz artımına gedəcək
Bu gün FED qərarını açıqlayacaq
FED-in dollar göstəricisi 14 ilin zirvəsinə yüksəldi
FED ucot dərəcəsini bu səbəbdən qaldıra bilər
FED-in uçot dərəcəsini qaldırma ehtimalı 100 faizə yaxınlaşır
FED-in dekabrda uçot dərəcəsini qaldırma ehtimalı 80 faizə yüksəldi
FED dekabrda uçot dərəcəsini qaldıracaq
FED-in qərarı Azərbaycana təsirsiz ötüşməyəcək
FED-in protokolları açıqlandı, dollar gücləndi
Teqlər:
dolla, uçot, Fariz Quliyev, FED, ekspert, iqtisadçı, Vüqar Bayramov, ABŞ, manat

Əsas mövzular