15:29 10 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
6901

Şamaxı rayonunda 22 min 112 hektara taxıl səpilib

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 1 fev — Sputnik. Şamaxı fermerləri əlavə torpaq sahələri cəlb etməklə cari ilin məhsulu üçün payızlıq taxıl əkini sahələrini 2075 hektar artırıblar. Dövlət Statistika Komitəsinin (DSK) rayon şöbəsindən Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, ümumilikdə, 22 min 112 hektara taxıl səpilib.

"Bunun 14 min 114 hektarı buğda, 7998 hektarı isə arpadır. Ən çox əkin Sabir və Şəhriyar qəsəbələrində, Qızmeydan, Göylər, Çarhan, Məlhəm və bir sıra digər ərazi vahidlərində aparılıb" — şöbədən bildirilib.

O da qeyd olunub ki, rayonun taxılçılıqla məşğul olan fermerləri və fiziki şəxsləri mühüm strateji məhsul olan taxılçılığın inkişafı, bu məqsədlə əkin sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılması istiqamətində məqsədyönlü tədbirlər görürlər: "Hazırda sahələrdə zərərvericilərə qarşı ciddi mübarizə tədbirləri aparılır".

Teqlər:
payızlıq taxıl əkini sahələri, taxılçılığın inkişafı, Şamaxı rayon statistika idarəsi, Şamaxı, Qızmeydan, Şəhriyar qəsəbəsi, Sabir qəsəbəsi, Çarhan, Göylər, Məlhəm

Əsas mövzular