23:50 02 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
34201

AMB ARDNF-dən alacağı 7,5 mlrd. manatlıq transfertin xərclənmə istiqamətlərini açıqlayıb

BAKI, 19 yan — Sputnik. "Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən bu il Azərbaycan Mərkəzi Bankına (AMB) nəzərdə tutulan 7,5 mlrd. manatadək məbləğdə transfertin həyata keçirilməsi böyük makroiqtisadi sabitlik üçün Prezident İlham Əliyevin verdiyi dəstəkdir". Bunu "APA-Economics"ə açıqlamasında AMB-nin İdarə Heyəti sədrinin müavini Aftandil Babayev bildirib.

"Biz uzun müddət Maliyyə Sabitliyi Şurası çərçivəsində əlaqədar iqtisadi qurumlarla geniş müzakirələr nəticəsində bütövlükdə bankın qlobal tarazlaşması amillərini təhlil etmişik. Bunlardan ən mühüm məqam dövlətin il üzrə xarici borcları, TANAP layihəsinin maliyyələşdirilməsi, Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması və il üzrə bankın xarici borc öhdəliklərinin tənzimlənməsi, o cümlədən ehtiyac yaranarsa Əmanətlərin Sığortalanması Fonduna vəsaitin ayrılması da hərrac vasitəsilə deyil, məhz transfert hesabına baş tutacaq. Bütün bu faktorlar ona yönəlir ki, fiksə olunmuş bu öhdəliklər valyuta bazarına təzyiqi neytrallaşdırsın. Bu isə məzənnənin bazar prinsipləri əsasında və böyük volatillik olmadan formalaşmasına şərait yaradacaq" — deyə sədr müavini qeyd edib.

Əlaqədar

Neft Fondundan büdcəyə transfertlərin həcmi 3.3 milyard manat azalıb
Mərkəzi Bank 2017-ci ildə sərt pul siyasəti həyata keçirəcək
Mərkəzi Bank dolların məzənnəsini açıqladı
Mərkəzi Bank bu qərarı verməsə, bütün əmanətlər batacaq
Mərkəzi Bank 44 milyon manat cəlb edib
"Mərkəzi Bank devalvasiyanın qarşısını ala bilməz"
Teqlər:
transfert, Aftandil Babayev, ARDNF, AMB, vəsait

Əsas mövzular