Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Günəşli" yatağından xəbər var

© Photo : BPGünəşli yatağı
Günəşli yatağı - Sputnik Azərbaycan
Abunə olmaq
"Günəşli" yatağındakı 274 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib

BAKI, 13 yan — Sputnik. Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 15 saylı dərin dəniz özülündən 274 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Bu barədə Sputnik SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir.

Quyu məhsuldar qat çöküntülərinin IX horizontundan fontan üsulu ilə məhsul verib, 2909-2840 metr intervaldan sutkalıq 100 ton neft və 24 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Xəbər lenti
0