10:18 28 Mart 2017
Canlı yayım
Dollar və manat

Dollar alqı-satqısının qaydaları dəyişdi

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
574402

Kommersiya bankları üçün bu gündən etibarən alış-satış məzənnəsinin müəyyənləşdirilməsi zamanı 4%-lik marja ləğv edilir

BAKI, 12 yan — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) bu günkü valyuta hərracında yeni satış qaydalarını tətbiq edəcək. "Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, saat 12:00-da başlayan hərrac 12:45-də başa çatacaq.

Satışa 75 mln. ABŞ dolları həcmində valyuta kütləsi çıxarılıb. Satış "ən yaxşı məzənnə təklifi verən bank" prinsipi əsasında aparılaraq sifarişlərin tədricən (azalan xətt üzrə) reallaşdırılması nəzərdə tutulur.

Həmçinin, yeni qaydalara əsasən, bundan sonra AMB hərraca çıxarılan valyutanın həcmini öncədən bəyan edəcək. Gələn həftədən isə hərracların I, III və V günləri keçirilməsi qərara alınıb.

Bununla yanaşı, bildirilir ki, kommersiya bankları üçün bu gündən etibarən alış-satış məzənnəsinin müəyyənləşdirilməsi zamanı 4%-lik marja ləğv edilir. ABŞ dollarının bu günə olan rəsmi məzənnəsi 1,7742 AZN/USD təşkil edir.

Əlaqədar

Dolların qabağını aldılar
Dollar sürətini azaltdı
Sabaha manat-dollar nisbəti açıqlandı
Türkiyədə dollar yeni "zirvələr" fəth edir
Evlərin və maşınların dollarla satışı qadağandır
Dollar rekord qırmaqda davam edir
Teqlər:
alış, AMB, satış, Mərkəzi Bank, valyuta, dollar, hərrac

Əsas mövzular