06:06 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
188 0 0

2017-ci ildə DSMF-in büdcəsinin gəlir və xərcləri 3 mlrd. 400 mln. manat proqnozlaşdırılıb

BAKI, 8 dek — Sputnik. Bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Sputnik xəbər verir ki, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxış edərək dünyada baş verən böhranın Azərbaycana da təsir etdiyini deyib.

Milli Məclis
© Sputnik / Murad Orujov

O bildirib ki, DSMF-in gələn il üçün nəzərdə tutulan büdcəsi ötən ilə nisbətən 100 milyon manat çoxdur: "2017-ci ildə DSMF-in büdcəsinin gəlir və xərcləri 3 mlrd. 400 mln. manat proqnozlaşdırılıb. DSMF-in xərclərinin 37,4%-i və ya 1 mlrd. 270 mln. manatı dövlət büdcəsindən ayrılan transfert, 62,6%-i və ya 2 mlrd. 130 mln. manatı məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına maliyyələşdiriləcək".

Millət vəkili deyib ki, Fondun büdcədən asılılığı ilbəil azalır: "Əgər 2012-ci ildə dövlət büdcəsindən transfert Fondun gəlirlərinin 42%-ni təşkil edirdisə, gələn il bu göstərici 37,4% olacaq. Xərclərin 95%-ni isə əmək pensiyalarının ödənişi təşkil edəcək. Bu da 2016-cı illə müqayisədə 7,7% çoxdur. Gələn il orta aylıq pensiya 8% artırılaraq 203 manata çatdırılacaq".

Əlaqədar

2016-ci ildə DSMF-nin büdcəsi 22,3 mln. manat çox olacaq
DSMF-nin 2016-ci il üçün büdcə layihəsi müzakirə edilib
DSMF: Pensiya kartlarında hər hansı dəyişiklik baş verməyib
Teqlər:
DSMF, Hadı Rəcəbli, Dövlət Sosial Müdafiə Fondu, plenar iclas, fond, Milli Məclis, millət vəkili, büdcə

Əsas mövzular