08:59 06 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
21310

Büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi davam edir

BAKI, 8 dek — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi davam etdirilir. Sputnik xəbər verir ki, iclasda "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri müzakirəyə çıxarılacaq. Həmçinin, Milli Məclisin 2017-ci il üçün xərclər smetasına, Hesablama Palatasının 2017-ci il üçün xərclər smetasına baxılacaq.

Qeyd edək ki, dünən Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi başa çatıb. Parlamentdə səslənən təklifləri dəyərləndirmək üçün hökumətə 9 gün vaxt verilib. Parlament sədri Oqtay Əsədov deyib ki, hökumət dekabrın 16-na kimi qaldırılan məsələlərə baxa bilər və dekabrın 16-da büdcə layihəsi səsverməyə çıxarılacaq.

Əlaqədar

Parlamentdə büdcə müzakirələri davam edir
İşıq və qazın qiymətinin artırılması büdcəyə 300 milyon manat qazandıracaq
Spiker büdcədəki gözlənilən dəyişikliklərdən danışdı
Plenar iclasda büdcə müzakirələri başladı
Büdcə müzakirələri başa çatdı
Məhdud büdcə ilə sosialyönümlü xərcləri artırmaq...
Teqlər:
müzakirə, hökumət, plenar iclas, parlament, Milli Məclis

Əsas mövzular