Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Parlamentdə büdcə müzakirələri davam edir

Abunə olmaq
Gündəlikdə duran məsələlərin müzakirəsi sabah da davam etdiriləcək

BAKI, 7 dek — Sputnik. Milli Məclisin növbəti plenar iclasında büdcə müzakirələri davam edir. Sputnik xəbər verir ki, iclasda "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri müzakirəyə çıxarılacaq. Həmçinin, Milli Məclisin 2017-ci il üçün xərclər smetasına, Hesablama Palatasının 2017-ci il üçün xərclər smetasına baxılacaq.

Qeyd edək ki, gündəlikdə duran məsələlərin müzakirəsi sabah da davam etdiriləcək.

Xəbər lenti
0