Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan Moldovaya at əti ixrac edəcək

© Sputnik / Said Tsarnayev / Mediabanka keçidAt. Arxiv şəkli
At. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
At kəsimi sexlərində, yalnız çıxdaş və damazlığa yaramayan atların baytar həkiminin nəzarəti altında ayrıca kəsilməsi nəzərdə tutulur

BAKI, 5 dek — Sputnik. Azərbaycanın və Moldovanın müvafiq şirkətləri arasında 2016-cı ildə bağlanmış müqaviləyə əsasən, 2017-ci ildə Azərbaycan Respublikasından Moldova Respublikasına at əti ixrac edilməsi nəzərdə tutulub. Bu barədə Sputnik-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Yararsız ət - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şəkidə qanunsuz at əti satışının qarşısı alınıb

Bu məqsədlə bir neçə regionda, o cümlədən Gəncə regionunda at kəsimi sexlərinin təşkil olunması planlaşdırılır. Həmin at kəsimi sexləri soyuducu anbar və refrejatorlarla təchiz edilməlidir. Eləcə də sexlərdə baytarlıq-sanitariya ekspertiza laboratoriyaları fəaliyyət göstərməlidir.

"At kəsimi sexlərində, yalnız çıxdaş və damazlığa yaramayan atların baytar həkiminin nəzarəti altında ayrıca kəsilməsi, soyulması və ətin tədarük olunması və soyuducu kameralara yığılaraq Moldova Respublikasına göndərilməsi nəzərdə tutulur", — məlumatda bildirilir.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, at kəsimi sexlərində atlar baytar həkiminin nəzarəti altında kəsiləcək, baytarlıq-sanitariya ekspertizasından keçiriləcək və yalnız bundan sonra Moldovanın müvafiq şirkətləri vasitəsi ilə Moldova Respublikasına ixrac olunacaq.

Xəbər lenti
0