BAKI, 25 okt — Sputnik. Bu gün Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçirilib. Sputnik president.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviç biznes forumda iştirak ediblər. Prezidentlər biznes forumda çıxış ediblər.