08:22 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
16710

Ekspert: "Möhkəmlənən dollar neftin qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq"

BAKI, 13 okt — Sputnik. "ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artıracağı gözləniləndir. Bu faiz artımının Azərbaycana həm iqtisadi, həm də məzənnə baxımından təsirləri ola bilər". 

Qubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri
facebook/ Qubad İbadoğlu
Qubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri

Bunu iqtisadçı-ekspert Qubad İbadoğlu Sputnik-ə açıqlamasında deyib. İqtisadi təsirlərə gəlincə: "Bütövlükdə götürəndə Azərbaycanın əsas aktivləri Neft Fondundadır. Neft Fondundakı aktivləri də valyuta səbətində müxtəlif valyutalarda yerləşdiriblər. Çünki, aktivlərin 47,6 faizi ABŞ dollarındadır, 35,3 faizi avrodadır, 4,9 faizi ingilis funt-sterlinqindədir və digər valyutalarda var. Uçot dərəcəsinin dəyişməsi həmin valyutalara təsir göstərəcək. Avroya, funt-sterlinqə, rubla, lirəyə, Çin yuanına və s. təsir göstərəcək".

"Bütün bunlar Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin valyuta tərkibidir. Bu baxımdan Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan büdcədənkənar gəlir və yaxud xərcində dəyişiklik baş verə bilər. Bir təsir bundan ibarətdir", — mütəxəssis bildirib.

İqtisadçı hesab edir ki, psixoloji təsir də olacaq: "Ətraf ölkələrdə — Rusiyada, Gürcüstanda, Türkiyədə məzənnələrin dəyişməsinin Azərbaycanın valyuta bazarına təsirləri ola bilər. Çünki, ən azı ətrafda baş verənlər istər-istəməz Azərbaycanın valyuta bazarında gərginlik yaradır. Bu baxımdan təsirləri gözləniləndir. Burada birbaşa və ciddi təsirlərdən söhbət getmir".

Neft bazarına gəlincə, ekspert deyib ki, möhkəmlənən dollar neftin qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq: "Zəifləyən dollar neftin qiymətinin bahalaşmasına gətirib çıxarır. Çünki, neft, qızıl və digər bazarlara təsir imkanları qalır".

Qeyd edək ki, FED-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) sentyabr ayında keçirilən iclasının protokolları açıqlanıb. Protokollara görə, FED-in bəzi üzvləri ABŞ iqtisadiyyatının güclənməyə davam edəcəyi təqdirdə, faiz artımının nisbi olaraq yaxın zamanda artırılacağını bildirib.

Bu arada, dollar beynəlxalq bazarlarda FOMC-nin sentyabr iclasının protokollarının açıqlanmasından sonra güclənib. ABŞ valyutasının 10 mühüm pul qarşısındakı gedişini göstərən Bloomberg Dollar Spot İndeksi 0.2 faiz qalxıb.

Əlaqədar

FED uçot dərəcəsini dəyişmədi
FED-in nəhəng strukturları arasında fikir ayrılığı yaranıb
FED-i uçot dərəcəsini artırmamağa çağırdılar
FED-in qərarı Azərbaycan Mərkəzi Bankı üçün gözlənilməz olub
Teqlər:
faiz artımı, Federal Ehtiyatlar Sistemi, uçot dərəcəsi, FED, Qubad İbadoğlu, ABŞ

Əsas mövzular