Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Neft yaxın 25 ildə dünya bazarındakı liderliyini qoruyub saxlayacaq

© AP Photo / TefkenBakı-Tbilisi-Ceyhan neft kəməri
Bakı-Tbilisi-Ceyhan neft kəməri - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Neftin qiyməti daimi olaraq indiki kimi 50 dollar civarında olmayacaq. Bir müddətdən sonra təkrar qalxacaq"

BAKI, 12 okt — Sputnik. "Rusiya prezidenti Vladimir Putin 2040-cı ilədək dünya enerji balansına dair söylədiyi rəqəmlərdə göstərdi ki, 2040-cı ilədək ənənəvi energetika, yəni neft, qaz və daş kömür 75 faiz dünya enerji balansında xüsusi paya malik olacaq. Bundan sonra 25 faiz atom enerjisi, hidroenergetika, 10 faiz alternativ energetika olacaq. Ümumiyyətlə, BP-nin bu il açıqladığı "dünya energetikası — 2035" adlı təqdimatı var idi. Bu, orada göstərilən rəqəmlərə yaxın bir rəqəmlərdir".

© Sputnik / Murad OrujovNeft araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban
Neft araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban - Sputnik Azərbaycan
Neft araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban

Bunu Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban Sputnik-ə açıqlamasında deyib. O bildirib ki, dümyada neftin xüsusi çəkisi azalacaq, amma neft yaxın 25 ildə yenə öz liderliyini dünya enerji balansında qoruyub saxlayacaq.

"Bunu dünyanın aparıcı enerji agentlikləri də təsdiq edir. Neft elə bir xammaldır ki, bunun qiyməti heç zaman düz xətt üzrə formalaşmır. Bu, mütəmadi olaraq bazardakı tendensiyadan asılı olaraq gah qalxır, gah düşür. Ona görə də bunun qiyməti heç vaxt indiki kimi 50 dollar civarında olmayacaq. Bir müddətdən sonra qalxacaq. Necə ki, 2011-2014-cü illərdə 100 dollardan yuxarı idi", — İ. Şaban qeyd edib.

Ekspertin sözlərinə görə, neft 1973-cü ildən sonra qiymətini müxtəlif diapazonlarda dəyişir: "Bu dəyişmə bir çox faktorlardan asılıdır. Dünyadakı iqtisadi vəziyyət, neft sənayesinə qoyulan sərmayələr neftə təsir edir. İndi dünya neftin içərisində üzür. Ancaq bu, daim belə olmayacaq. Bu, bir müddət belə gedəcək. Bu, təqribən 10 il belə davam edə bilər. Bunun nəticəsində neftin qiyməti 50-70 dollar ola bilər. Bundan sonra qiymət yenidən qalxacaq".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin İstanbulda keçirilən Ümumdünya Energetika Konqresindəki çıxışı zamanı deyib ki, neftin normadan artıq istehsalı və qiymətlərin kəskin şəkildə aşağı düşməsi hasilat metodlarının təkmilləşdirilməsi səbəbindən baş verib: "Neft hasilatının azaldılması dünya iqtisadiyyatının dayanıqlı inkişafı üçün yeganə yoldur. Bu gün həddən artıq karbohidrogen təklifləri nəyə səbəb olub? Cavab aydındır: son 10 ildə neftin yüksək qiymətləri enerji sektoruna görünməmiş investisiyalar gətirib".

Kreml başçısı əlavə edib ki, "bu, ixracatçı ölkələrə özünün neft hasilatındakı gücünü inkişaf etdirməyə kömək etdi və nəticədə bazar həddindən artıq neft istehsalı faktoru və qiymətlərin kəskin düşməsi ilə qarşı-qarşıya qaldı".

Rusiya Prezidenti neft erasının bitmək üzrə olduğunu deyənlərin yanıldığını bildirib: "Neftin qiyməti iki dəfədən çox aşağı düşəndə, çoxları deyirdi ki, karbohidrogen erası bitmək üzrədir, alternativ enerji mənbələrinə istiqamətlənmək lazımdır. Fikrimcə, hələlik belə nəticəyə gəlmək üçün real əsas yoxdur".

Bununla belə Putin bəyan edib ki, Moskva OPEC ölkələrinin neft hasilatı limitinin təyin edilməsi təşəbbüslərinə dəstək verib.

Xəbər lenti
0