05:08 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8701
Valyuta hərracı

"Mərkəzi Bankın qərarı vəziyyəti dəyişməyəcək"

© REUTERS / Romeo Ranoco
İQTİSADİYYAT
Qısa URL
89 0 0

Ekspertlər valyuta hərraclarının keçirilmə qrafikinin dəyişilməsinin mövcud duruma ciddi təsir etməyəcəyi qənaətindədirlər

BAKI, 6 okt — Sputnik. Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın mütəmadi olaraq keçirdiyi valyuta hərraclarının qrafiki dəyişdirilib. Bu həftədən etibarən hərracların həftənin III və V günləri keçirilməsi ilə bağlı qərar qəbul olunub. Hərracların 3 sessiyada aparılması planlaşdırılır.

Qubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri
facebook/ Qubad İbadoğlu
Qubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri

Bununla yanaşı, bundan sonra hərraca çıxarılan valyutanın məbləği kommersiya bankları üçün öncədən açıqlanmayacaq. Həmçinin, hərraclarda kommersiya banklarının alış ilə bərabər valyuta sata biləcəyi, iştirakçıların əməliyyat zamanı kimliyinin gizlin saxlanılacağı bildirilir.

"Normal iqtisadiyyat olsa və iqtisadiyyata valyuta qazandıran şirkətlər olsa, bu addım müsbət təsir göstərərdi. Amma indiki halda düşünmürəm ki, hərracın vaxtının dəyişməsi və yaxud hərraca çıxarılan valyuta həcminin əvvəlcədən elan edilməməsi ciddi bir dəyişikliyə gətirib çıxaracaq. Çünki, onsuz da bankların əvvəlcədən valyuta almaq və satmaq ixtiyarı əvvəlcədən var idi".

Sözügedən dəyişikliyi Sputnik-ə şərh edən, iqtisadçı-ekspert Qubad İbadoğlu belə deyib. Onun sözlərinə görə, banklar, onsuz da hərraca çıxarılan valyutaya adekvat olaraq sifariş vermirdi: "Əvvəllər onların verdiyi sifarişlər hərraca çıxarılan valyutadan çox olub. Yəni, bu baxımdan günlərin dəyişməsi texniki məsələdir. İnanmıram ki, manatın məzənnəsində əhəmiyyətli dəyişikliyə gətirib çıxaracaq".

Bank eksperti Əkrəm Həsənov
Əkrəm Həsənov

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov isə hərraca çıxarılan valyutanın məbləğinin öncədən açıqlanmamasını yaxşı hal hesab edir. "Əgər qabaqcadan demirsə, deməli istənilən qədər çıxarda bilər. Məhdudiyyət qoymadan satırsa, müsbət haldır, panikanın qarşısını ala bilər", — o, Sputnik-ə açıqlamasında bildirib.

Ekspert hərraclarda bankların alış ilə bərabər valyuta sata biləcəyini də doğru hesab edir: "Hazırda bəzi banklar var ki, dolları çoxdur və ona manat lazımdır. Onsuz da banklara manat lazım olanda Mərkəzi Bankdan alırlar. Həmçinin, bir-birilərindən. Yəni, Mərkəzi Bankın keçirdiyi hərraca ehtiyac qalmır. Bunun elə də praktiki fərqi olmayacaq. Sadəcə kosmetik, dekorativ bir şeydir".

Onun fikrincə, hərracın vaxtının dəyişməsinin heç bir fərqi yoxdur: "İstər 2-4-cü günlər olsun, istər 3-5-ci günlər olsun. Vaxtın dəyişməsi, sadəcə insan faktoru ilə bağlı ola bilər".

Əlaqədar

Mərkəzi Bankın valyuta ehtiyatları azalmaqda davam edir
Bu günə olan rəsmi valyuta məzənnələri
Azərbaycanın valyuta ehtiyatları azalmaqda davam edir
"Biz hansı valyuta qalxdısa, qaçıb ondan almırıq"
Mərkəzi Bankın valyuta ehtiyatları azalıb
Teqlər:
qrafik, Əkrəm Həsənov, Qubad İbadoğlu, manat, dollar, valyuta hərracı, Mərkəzi Bank

Əsas mövzular