05:54 25 Fevral 2018
Canlı yayım
Nazirlər Kabineti

2017-ci il üzrə büdcəsi layihəsi Prezidentə təqdim olunacaq

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
Büdcə müzakirələri (21)
151 0 0

Nazirlər Kabinetində gələn 3 il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib

BAKI, 22 sen — Sputnik. Sentyabrın 22-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin sədrliyi ilə Nazirlər Kabinetində 2017-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2017-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik-ə bildiriblər.

İclası giriş sözü ilə açan Baş nazir Artur Rasi-zadə bildirib ki, gələn ilin dövlət büdcəsi layihəsi son dövrlər dünyada gedən qlobal maliyyə və iqtisadi proseslər nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət nəticəsində əldə olunan nailiyyətlər zəminində tərtib edilib. Layihənin hazırlanmasında dövlət büdcəsinin sosial yönümlüyü əsas götürülüb, əhalinin maddi rifahının daim yaxşılaşdırılması, dövlətin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusən qeyri-neft sektorunun inkişafına dəstək verilməsi kimi mühüm amillərə diqqət yetirilib.

Sonra maliyyə naziri Samir Şərifov və iqtisadiyyat naziri Şahin Mustafayev gündəlikdə duran məsələlərə dair məruzə ilə çıxış ediblər. Büdcə layihəsi ətrafında aparılan geniş müzakirələrin yekununda əlaqədar nazirlik, komitə, idarə və təşkilatlarla birlikdə müvafiq dövlət proqramları əsasında hazırlanan "Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "Azərbaycan Respublikasının 2017-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"nin bəyənilərək, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən büdcə zərfinə daxil olan sənədlər toplusunun Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınıb.

Mövzu:
Büdcə müzakirələri (21)

Əlaqədar

Büdcə təşkilatlarının idxal mallarını satın alması dayandırılıb
Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrası haqqında qanun təsdiq edildi
Neft Fondundan büdcəyə transfertlərin həcmi 3.3 milyard manat azalıb
Büdcəyə yenidən baxılması risk daşıyır - neftin bahalaşması aldadıcıdır
Neft Fondu büdcəyə 1,7 mln manat köçürüb
"Hər il dövlət büdcəsindən ərzaq alınması üçün 300 milyon manatdan çox vəsait ayrılır"
Teqlər:
layihə, Prezident, büdcə, Nazirlər Kabineti, Artur Rasi-zadə, Baş nazir

Əsas mövzular