Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Neftin dünya siyasətində rolu başa çatıb"

© AFP 2023 / Mark RALSTONNeft nasosları. Arxiv şəkli
Neft nasosları. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər OPEC-in artıq təsirsiz bir quruma çevirildiyi, həmçinin neftin qiymətində uzunmüddətli perspektivdə ciddi bahalaşma olmayacağı qənaətindədirlər

BAKI, 15 sen — Sputnik. Liviya neft hasilatını bir neçə dəfə artırmaq və Böyük Sirt Körfəzinə (Aralıq dənizi) nəzarəti geri qaytarmaqla böyük həcmdə ixraca başlayacağı barədə bəyanat yayıb. Liviya rəsmilərinin bu bəyanatı sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək neft hasilatçıları ölkələrinin növbədənkənar sammitində hasilatın dondurulması qərarına mane ola bilər.

© © KarikaturaDünya neftindən kimə nə pay düşür?
Dünya neftindən kimə nə pay düşür? - Sputnik Azərbaycan
Dünya neftindən kimə nə pay düşür?

Liviya Milli Neft Şirkətinin məlumatına görə, ölkə neft hasilatını bir ay ərzində 600 min barel/günə çatdıra bilər. İlin sonuna qədər isə hasilatın 900 min barel/günə çatdırması nəzərdə tutulub.

Xatırladaq ki, Liviya 2011-ci ildə ölkədə silahli qarşıdurmanın başlamasına qədər gündəlik 1,4-1,6 mln. barel neft hasil edib. Bu da dünya neft hasilatının 2%-nə bərabər olub. Hazırda isə ölkə gündə 200 min barel neft hasil edir.

OPEC-in hesabatına görə, avqustda Liviyanın gündəlik neft hasilatı 292 min barel olub. Ekspertlərin fikrincə, bu il neft hasilatçısı ölkələrinin Doha sammitində hasilatın dondurulması qərarı, İran tərəfinin razılaşmaması səbəbindən baş tutmamışdısa, Əlcəzair sammitində buna Liviya mane ola bilər.

Əlcəzair sammitində İran tərəfinin razılıq verməsi də qeyri-müəyyəndir. Belə ki, keçən həftə "Bloomberg" agentliyinə müsahibə verən İran Milli Neft Şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Mohsen Qamsari bildirib ki, ölkəsinin sanksiyalardan əvvəlki hasilat səviyyəsinə çatması yalnız 2016-cı ilin sonu 2017-ci ilin əvvəlində mümkün olacaq. Qeyd edək ki, İran neft hasilatının dondurulması qərarına razılıq vermək üçün ölkəsinin sanksiyalar tətbiq edildiyi tarixdən əvvəlki hasilat səviyyəsinə çatması şərtini irəli sürüb.

Məsələ ilə əlaqədar keçmiş deputat, iqtisadçı-ekspert Nazim Məmmədov Sputnik-ə açıqlamasında deyib ki, OPEC ölkələrinin neft siyasəti 70-80-ci illərdə effektiv idi: "OPEC-dən kənar ölkələr var. Məsələn, Rusiya ötən il 530 milyon ton neft istehsal edib. Yəni, dünyada ilk yerdə olub. ABŞ ötən ildən strateji rezervlərini açıb, uzun müddət neftin ixracına qoyulan qadağa götürülüb. Bundan əlavə, şist neftin və qazın dünya bazarına çıxarılması, tankerlər ilə Avropaya nəql edilməsi, hətta Avstraliyadan Avropaya maye qaz gətirilməsi deməyə əsas verir ki, neft erası bitib. Neftin siyasi alət olaraq dünya siyasətində rolu, demək olar ki, başa çatıb".

© facebook/Nazim MammadovNazim Məmmədov - iqtisadçı-ekspert
Nazim Məmmədov - iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Nazim Məmmədov - iqtisadçı-ekspert

Ekspert OPEC rəhbərliyinin neftin qiymətinin bahalaşmasında maraqlı olduğunu qeyd edib: "Ümumi maraqlardan kənarda neft ölkələrinin hamısının öz milli maraqları var. Məsələn, Səudiyyə Ərəbistanı ilə İran 40 ildən çoxdur OPEC-in tərkibində olmalarına baxmayaraq, mübarizə aparır".

"Neft quyularının istismarı, dərin qatlardan neftin çıxarılması, neft maşınqayırması və digərləri ABŞ başda olmaqla, sənayesi inkişaf etmiş ölkələrə məxsusdur. Ona görə Yaxın Şərq, Afrika ölkələrinin birində və yaxud Venesuelada keçirilən OPEC toplantılarının artıq güman etmirəm ki, neftin qiyməti ilə bağlı dərin bir təsiri olsun. Çünki, Beynəlxalq Enerji Agentliyi 2025-ci ilə qədər proqnozlarında göstərib ki, neftin qiyməti 50 dollar ətrafında olacaq", — N. Məmmədov əlavə edib.

İqtisadçı-ekspert Qubad İbadoğlu da OPEC-in hansısa təsirli qərar çıxaracağına inanmır. "Hansısa nəticəli danışıqlar gözləmirəm. OPEC-in yığışması, məsələni müzakirə etməsi, mövcud vəziyyəti dəyərləndirməsi baş verənlərin narahatçılığından irəli gəlir. Amma istənilən halda yaxın zamanlarda qiymətlərdə ciddi artımları gözləməyə dəymir. Digər tərəfdən, ayrı-ayrı neft ixrac edən iri dövlətlərin fərdi qərarları onu göstərir ki, yaxın dövrlərdə dünya bazarlarında neftin qiyməti 40-50 dollar arasında sabitləşəcək", — ekspert Sputnik-ə açıqlamasında bildirib.

© facebook/ Qubad İbadoğlu / Mediabanka keçidQubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri
Qubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri  - Sputnik Azərbaycan
Qubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri

O, xüsusilə son dövrlərdə OPEC-in fəaliyyətinin təsirsiz, yalnız xarakterli olduğunu qeyd edib: "OPEC-in fəaliyyəti məşvərət həyata keçirən, bazara təsir imkanlarını itirən bir təşkilatın fəaliyyəti ilə eyniləşdirirəm".

Onu da deyək ki, Beynəlxalq Enerji Agentliyinin aylıq neft bazarı hesabatına görə, avqust ayında Səudiyyə Ərəbistanının ümumi xam neft və neft məhsulları istehsalı gündəlik ortalama 12,6 milyon barelə çatıb. ABŞ-da isə hasilat gündəlik 12,2 milyon barel olaraq qalıb. Bu müddətdə ABŞ-dan daha çox neft hasil edən Səudiyyə Ərəbistanı 2014-cü ilin aprelindən sonra yenidən zirvəyə çıxıb.

Xəbər lenti
0