Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: xaricdəki “Exchange”lər manat almağa qorxurlar, çünki...

© Sputnik / Murad OrujovМанат на плаву
Манат на плаву - Sputnik Azərbaycan
Abunə olmaq
Azər Mehtiyev: Hamı gözləyir ki, manat bugünlərdə kəskin devalvasiyaya uğraya bilər.

BAKI, 30 avq — Sputnik. Türkiyədə, Gürcüstanda və Rusiyada əvvəllər manatı birbaşa çevirmək mümkün idi və manat ilə mübadilə əməliyyatları həyata keçirilirdi. Hər halda manat dönərli valyuta olmasa da, böyük neft pulları gələn dövr ərzində sözügedən ölkələrdə böyük sayda azərbaycanlı olması və ticarət əməliyyatlarından geniş istifadə etməsi, manatın getdikcə sabit olması, möhkəmlənməsi həmin ölkələrdə valyutadəyişmə məntəqələrində imkan yaradırdı ki, bazarda manatla əməliyyatlar həyata keçirsinlər.

Bunu iqtisadçı-ekspert Azər Mehtiyev Sputnik-ə açıqlamasında deyib.

Ekspert bildirib ki, ancaq indiki halda manata etimad göstərilmirsə, həmin o xarici ölkələrdə də valyutadəyişmə məntəqələrində manat mübadiləsinin dayandırılması, onların manat almaması daha çox manata olan etimadsızlıq və manatın hər gün devalvasiyaya uğraya biləcəyi ilə bağlı gözləntilər ilə bağlıdır. Hər bir ölkədə mübadilə vasitəsi milli valyutadır ancaq qalan valyutalar ilə kimin hansı əməliyyat aparması sırf bazarın işidir. Bu, bazar tənzimləyən bir elementdir. 

Manatın məzənnəsi - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Mərkəzi Bank devalvasiyanın qarşısını ala bilməz"

O, qeyd edib ki, bütün ölkələrin valyuta ehtiyatları var və onların əsas hissəsini dollar təşkil edir: “Ancaq manat dönərli valyuta deyil. Həmin ölkələrin valyuta ehtiyatlarında yəqin ki, manat yoxdur. Bununla bağlı ölkələr arasında hər hansı qarşılıqlı bir öhdəlik yoxdur ki, hansı ölkəyə manat mübadilə olunsun və ya olunmasın. Bu, sırf bazar işidir. Türkiyə, Gürcüstan və Rusiya hökumətinin öz ölkələrinin bazarlarında manatı mübadilə etmək ilə bağlı hər hansı öhdəliyi yoxdur”.

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik-ə açıqlamasında deyib ki, səbəb yenə də manatın qeyri-sabitliyi ilə bağlıdır. Yəni, xaricdə olan “Exchange”lər manat almağa qorxurlar, çünki, hamı gözləyir ki, manat bugünlərdə kəskin devalvasiyaya uğraya bilər.

“Manat sabitləşməsə, məzənnəsini sərbəst bazar müəyyən etməsə, çox təəssüf ki, ona heç yerdə etibar olmayacaq”- deyə ekspert qeyd edib. 

Bakı Avtomobil Satış Mərkəzində satışa qoyulmuş maşınlar - Sputnik Azərbaycan
Devalvasiya avtomobil bazarına ciddi ziyan vurub

Türkiyədə yaşayan həmyerlimiz Hüseyn Qurbanov Moderator.az-a açıqlama verərək bildirib ki, o, bu səhər manatı Türkiyə lirəsinə çevirmək istəsə də İstanbuldakı “Exchange”lər manat qəbul etməkdən imtina ediblər. “Exchange” əməkdaşları bildiriblər ki, onlar hətta 1 manatı 1 TL-yə belə dəyişməyəcəklər. Hazırda Türkiyədə rəsmi məzənnəyə görə isə 1 manatın 1.8 TL dir. 

Cəmi bir il bundan öncə 1 manat 3.5 TL idi. Belə davam edəcəyi halda Azərbaycan manatı dünyada ən sürətlə ucuzlaşan valyuta kimi Ginnesin rekordlar kitabına düşəcək…

Xəbər lenti
0