Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Toyuq-cücə yemini də xaricdən alırıqsa...

© Photo : peterburg.grainboard.ruBuğda. Arxiv şəkli
Buğda. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Vahid Məhərrəmov: "Adi yem komponentlərini - arpa, qarğıdalı, soya və s. xaricdən gətirmək o deməkdir ki, bizdə taxılçılıqla bağlı ciddi problemlər var"

BAKI, 25 avq — Sputnik. Azərbaycanda quş əti istehsalı prosesində istifadə olunan yem komponentlərinin dəyəri hazırda yerli istehsalçıları narahat edən əsas çətinlikdir. Quşların qidalanmasında istiadə edilən bu komponentlər xaricdən idxal edilir və ötən il milli valyutanın devalvasiyası nəticəsində bunun dəyəri iki dəfədan çox yüksəlib.

Kartof - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ərzaq əvəzinə heyvan yemi yeməyə məhkumuq

Bu barədə quş əti satışını reallaşdıran yerli şirkətlərdən bildirilib. Mütəxəssislərin sözlərinə görə, toyuq-cücə üçün zəruri olan bu vasitələr ölkəyə idxal olunur: "Azərbaycana həmin komponentlər Türkiyə, Hollandiya, İspaniya və s. ölkələrdən gətirilir. Yemə 80 növ belə komponentlər qarışdırılır. Manatın məzənnəsi sabitliyini itirdikdən sonra onların dəyərində 80% fərq yaranıb".

"Ona görə də hazırda istehsal etdiyimiz hazır məhsulu maya dəyərindən nisbətən ucuz satmalı oluruq. Üstəlik, ilk devalvasiya zamanı quş məhsullarının satışından ilk iki ay ərzində yüz minlərlə dollar ziyana uğradıq. İkinci devalvasiyanın təsirini isə hələ də tam hesablayıb yekunlaşdıra bilmirik", — məlumatda bildirilir.

O da qeyd olunur ki, hazırda Azərbaycan Quşçular Cəmiyyəti ilə birgə ölkədə yem istehsalının təşkili məqsədi ilə torpaq sahələrinin ayrılması üçün İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinə yenidən müraciət olunub.

Qeyd edək ki, 2016-cı ilin yanvar-iyun aylarında quşçuluq fabriklərində diri çəkidə 30,4 min ton quş əti, 342,9 milyon ədəd yumurta istehsal olunub. Ümumilikdə, fabriklər üzrə cəmi quşların sayı 10162,9 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 106 ədəd yumurta alınıb.

Azərbaycan Quşçular Cəmiyyətinin (AQC) sədri Aydın Vəliyev Sputnik-ə açıqlamasında deyib ki, məhsulun maya dəyərinin 60-70 faizini yem təşkil edir: "Yem əsasən xaricdən gətirilir. Devalvasiyadan sonra bir sıra quşçuluq müəssisələri bağlanıb. Yemin yerli istehsalını təşkil etmək üçün müvafiq qurumlara müraciət edilib".

Onun sözlərinə görə, hazırda toyuq ətinin qiymətində dəyişiklik yoxdur: "Devalvasiyadan əvvəl necə idisə, indi də o qiymətədir".

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Sputnik-ə açıqlamasında bildirib ki, Azərbaycanda yemi istehsal etmək mümkün olduğu halda, hətta yem komponentlərini belə, xaricdən gətirirlər: "Digər istehsal vasitələrinin gətirilməsi — avadanlıqlar, genetik materiallar başa düşüləndir. Hələ ki bizdə bu sahə inkişaf etməyib. Ancaq adi yem komponentlərini — arpa, qarğıdalı, soya və s. xaricdən gətirmək o deməkdir ki, bizdə bu sahədə taxılçılıqla bağlı ciddi problemlər var".

"Problem idarəetmədədir. Azərbaycanın torpaq-iqlim şəraiti imkan verir ki, biz həm keyfiyyətli məhsul istehsal edək, həm də məhsulun maya dəyərini aşağı salaq, rəqabətqabiliyyətli edək. Həmin məhsuldan biz quşçuluqda, yumurta istehsalında istifadə edərək quşçuluq məhsullarının da rəqabətqabiliyyətli olmasına nail ola bilərik", — V. Məhərrəmov vurğulayıb.

© Sputnik / Anar MustafayevVahid Məhərrəmov - Kənd təsərrüfatı üzrə ekspert
Vahid Məhərrəmov - Kənd təsərrüfatı üzrə ekspert - Sputnik Azərbaycan
Vahid Məhərrəmov - Kənd təsərrüfatı üzrə ekspert

Ekspert qabaqlar vəziyyətin fərqli olduğunu deyib: "Əvvəllər indiki texnologiyadan istifadə olunmurdu. Müasir texnologiya artıq daha keyfiyyətli yemin istehsalını zəruri edir. Digər halda, broyler, ət istehsalında lazımi nəticəni əldə etmək mümkün deyil, eləcə də yumurta istehsalında".

"Əvvəllər əgər il ərzində bir toyuqdan təxminən 110-120 yumurta əldə olunurdusa, indi bu, 270 ədədə çatdırılıb. Eləcə də ət istehsalında. İndi təxminən 40 günə 1 kiloqram 300 qram ət əldə etmək mümkündür, buna yalnız keyfiyyətli yem məhsullarının istehsalı ilə nail olmaq olar", — mütəxəssis əlavə edib.

Onun sözlərinə görə, indiki tələbat istehsalı yüksək səviyyəyə çatdırmaq, əldə edilən məhsulların keyfiyyətini artırmağı tələb edir.

Xəbər lenti
0