Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Qara bazar" üçün böyük fürsət - banklar birbaşa dollar satışını dayandıracaq

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidValyuta mübadiləsi
Valyuta mübadiləsi - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Hazırda faktiki olaraq 3-cü devalvasiya yaşanır. Manat dəyərdən düşür, Mərkəzi Bankın valyuta ehtiyatı azalır"

BAKI, 19 avq — Sputnik. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bankların dollar satışına məhdudiyyət qoymasından xəbərsizdir. Bu barədə Palatanın müşaviri Rüfət Abbasov açıqlama verib.

Dollar - Sputnik Azərbaycan
Dollar 1.62-ni keçdi

O bildirib ki, bazarda qiymətlər tələb və təklif əsasında formalaşdığından, MBNP bankların dollar satışına müdaxilə edə bilmir: "Dollar satışına məhdudiyyətin tətbiq edilməsi barədə məlumatımız yoxdur. Biz bu məsələlərə müdaxilə edə bilmərik. Palata ancaq ABŞ valyutasının alış-satış qiymətlərində tətbiq edilən 4 faizlik marjaya əməl olunmasına nəzarət edir".

Xatırladaq ki, son günlərdə banklarda dolların satışında məhdudiyyətlər qoyulub. Ona görə də banklar dolların alış qiymətlərini artırmaq məcburiyyətində qalıb.

Məsələni Sputnik-ə şərh edən bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənovun sözlərinə görə, bankların dollar satışına məhdudiyyət tətbiq etməsi ilə bağlı rəsmi göstəriş yoxdur: "Yəni kimsə banklara dollar satışını qadağan etmir. Sadəcə son dövrlərdə görürük ki, Mərkəzi Bank və Dövlət Neft Fondu dollar hərraclarında bankların tam tələbini ödəyə bilmir. Hətta bəzi bankirlər deyir ki, "tələbimizi 10 dəfə aşağı ödəyirlər". Yəni, banklar dollar ala bilmir".

"Dollar ala bilməyəndə də təbii ki, banklar necə dollar satsınlar?! Banklar Mərkəzi Bankdan və Dövlət Neft Fondundan istədiyi qədər dollar ala bilmir. Mərkəzi Bank və Dövlət Neft Fondu ehtiyatların azalmasını istəmir. Ona görə də satmır. Satmadığına görə də banklarda dollar azdır", — Ə. Həsənov vurğulayıb.

Onun sözlərinə görə, əgər vətəndaşlar, sahibkarlar dolları banklardan ala bilmirlərsə, "qara bazar"lardan almağa çalışacaqlar: ""Qara bazar"da dollar rəsmi kursdan çox baha satılacaq. Əgər banklarda məzənnə Mərkəzi Bankın elan etdiyi məzənnədən 4 faiz fərqlənə bilərsə, "qara bazar"da xeyli fərqlənəcək. Bu da o deməkdir ki, Azərbaycanda "qara bazar" inkişaf edəcək. Yəni, Mərkəzi Bank deyəcək ki, 1 dollar bizdə rəsmi 1 manat 62 qəpikdir və 4 faiz fərqlənə bilər. Lakin de-fakto başqa vəziyyət olacaq".

"Biz bunu hazırda başqa ölkələrdə görürük. Məsələn, Venesuelada milli valyutanın kursu açıqlanır, amma hamı başa düşür ki, bu, deyil. Bizdə də çox təəssüf ki, vəziyyət o həddə çatıb", — maliyyəçi qeyd edib.

© Photo : REPORTƏkrəm Həsənov
Əkrəm Həsənov - Sputnik Azərbaycan
Əkrəm Həsənov

Ekspert bu problemdə MBNP-nin günahkar olduğunu düşünmür: "Çünki, banklara dolları onlar satmır. Onlar yalnız 4 faizlik dəhlizə nəzarət edə bilər ki, banklar ondan kənara çıxmasın. Daha yaxşı olardı ki, Mərkəzi Bank elə indidən elan edərdi ki, 1 dollar 1.62 deyil, 1.70-1.90-dır. Ən azı "qara bazar"ın inkişafına imkan verməzdi".

Ə. Həsənov bankların vəziyyətdən sui-istifadə etdiyini də istisna etmir: "Banklar görür ki, Mərkəzi Bankdan kifayət qədər dollar ala bilmir. Dolların da real kursu bahadır və onlara dolları 4 faizlik dəhliz ilə satmaq sərf etmir. Yəqin ki, dolları "qara bazar"a çıxaran bankların elə özləridir. Banklara sərf etmir ki, dolları özləri satsın, çünki, ucuz satacaqlar. Buna görə də, böyük ehtimalla, "qara bazar" yolu ilə satmağa başlayacaqlar".

"Hazırda faktiki olaraq 3-cü devalvasiya yaşanır. Bu, baş verir. Yəni, manatın qiyməti yenə də ucuzlaşır, dəyərdən düşür, Mərkəzi Bankın valyuta ehtiyatı azalır", — mütəxəssis əlavə edib.

Xəbər lenti
0