12:05 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
129 0 0

Qlobal neft bazarlarında qiymətlərin üç ayın ən aşağı səviyyəsinə enməsinə səbəb yay fəsli ilə əlaqədar tələbatın azalması və neft ehtiyatlarının yüksək səviyyədə qalmasıdır.

BAKI, 10 avq-Sputnik. Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) neft bazarındakı zəifləmənin davam edəcəyini proqnozlaşdırır.

Sputnik-in məlumatına görə, bu barədə OPEC-in aylıq hesabatında deyilir. OPEC-in proqnozuna görə, qlobal neft bazarlarında qiymətlərin üç ayın ən aşağı səviyyəsinə enməsinə səbəb yay fəsli ilə əlaqədar tələbatın azalması və neft ehtiyatlarının yüksək səviyyədə qalmasıdır.

Xam neft təklifinin artmasının təsiri ilə şirkətlərin gəlirinin azalması nəticəsində ABŞ və Avropadakı zavodlar tutumdan istifadə nisbətini aşağı salacaq.

Hesabatda ABŞ-da benzin istehlakının yay fəslinin bitməsi ilə azalacağı da bildirilir.

Əlaqədar

Neft yatağında güclü partlayış olub
OPEC-in xam neft tələbi sürətlə artır
Neft Fondu bankalara 50 milyon dollar satıb
Dövlət Neft Fondu bir anda 90 milyon dollar itirdi
Dövlət Neft Fondu 50 milyon dolları hara edib?!
Teqlər:
Neft İxrac Edən Ölkələr Təşkilatı, OPEC, Avropa, ABŞ, neft

Əsas mövzular