11:03 14 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8752
ABŞ Federal Ehtiyat Sisteminin yerləşdiyi bina

FED-i uçot dərəcəsini artırmamağa çağırdılar

© AFP 2019 / Karen BLEIER
İQTİSADİYYAT
Qısa URL
2701

Uilyam Dadli: Pul-kredit siyasətinin tam sərtləşdirilməsindən imtina etmək tezdir.

BAKI, 1 avq-Sputnik. Nyu-York ştatının Federal Ehtiyat Bankının rəhbəri Uilyam Dadli (William Dudley) Federal Ehtiyatlar Sistemini (FED) bu ilin sonunadək uçot dərəcəsini artırmamağa çağırıb.

U. Dadli bu addımın çox ciddi fəsadlar törədəcəyini vurğulayaraq FED-i ehtiyatlı olmağa çağırıb:

"FED uçot dərəcəsinin artırılmasına olduqca ehtiyatlı yanaşmalıdır. Hələlik pul-kredit siyasətinin tam sərtləşdirilməsindən imtina etmək olduqca tezdir. Lakin bu addımın neqativ təsirləri müsbət təsirlərdən çox olacaq."

U. Dadli uçot dərəcəsinin artırılmasına mane olan amilləri də sadalayıb.

"Söhbət o cümlədən, xarici bazarlarda baş verənlərdən gedir ki, bunun ABŞ iqtisadiyyatına da təsiri var" — deyə dadli bildirib.

Qeyd edək ki, U. Dadli (toplantılarda səsvermə hüququna malikdir) FED rəhbəri Canet Yellənlə çox yaxın münasibətlərdədir və tənzimləyici tərəfindən verilən qərarlara təsir edə biləcək şəxslərdən hesab edilir.

Əlaqədar

FED-in qərarı Azərbaycan Mərkəzi Bankı üçün gözlənilməz olub
FED: Bu il uçot dərəcəsi bir dəfə artırılacaq
"FED uçot dərəcəsini artırmasa belə, dollar ucuzlaşmayacaq"
FED uçot dərəcəsini artıracaq
FED-in qərarı manatın dollara nisbətən güclənməsinə səbəb olacaq
Teqlər:
FED rəhbəri Canet Yellən, William Dudley, Federal Ehtiyat Bankının rəhbəri Uilyam Dadli, Federal Ehtiyatlar Sistemi, Nyu-York, FED, ABŞ

Əsas mövzular